Azərbaycan-2018: Sürücülərin cərimə balları

FİA 2014-cü ildən etibarən cərimə ballarının tətbiqinə başlayıb – hər bir sürücüyə bəzi hallarda yarışdakı mövqeyinə təsir edəcək cəzalardan əlavə cərimə balı da verilir.

Hər hansı bir sürücü 12 ay ərzində 12 cərimə balı alarsa, növbəti yarışı buraxmalı olur. Üzərindən 12 aydan çox vaxt keçmiş ballar isə avtomatik olaraq silinir.

F-1.az bildirir ki, stüardlar Çində olduğu kimi, Bakıda da xeyli bal “paylayıblar” – Peres, Maqnussen, Eriksson və Sirotkin 2 balla cərimələniblər. Kevin hazırda aktivində ən çox bal olan sürücüdür, lakin növbəti yarış 2 həftə sonra İspaniyada baş tutacaq və bu müddətdə danimarkalı sürücünün 1 balı silinəcək.  Vandorn da keçən il Rusiyada hesabına yazılan 1 baldan azad olacaq. Biz artıq bu dəyişiklikləri cədvəldə nəzərə alaraq statistikanı təqdim edirik.

Yer N Sürücü Bal 1-ci cərimə 2-ci cərimə 3-cü cərimə 4-cü cərimə
1 26 Daniil Kvyat 7 2 (Kanada, 2017) 2 (Avstriya, 2017) 2 (Britaniya, 2017) 1 (Macarıstan, 2017)
2 20 Kevin Maqnussen 7 2 (Kanada, 2017) 2 (Macarıstan, 2017) 1 (ABŞ, 2017) 2 (Azərbaycan, 2018)
3 9 Markus Eriksson 7 2 (ABŞ, 2017) 3 (Çin, 2018) 2 (Azərbaycan, 2018)
4 11 Serxio Peres 5 2 (Monako, 2017) 1 (Belçika, 2017) 2 (Azərbaycan, 2018)
5 33 Maks Ferstappen 5 2 (Macarıstan, 2017) 1 (ABŞ, 2017) 2 (Çin, 2018)
6 28 Brendon Hartli 4 4 (Bəhreyn, 2018)
7 2 Stoffel Vandorn 4 2 (İspaniya, 2017) 2 (Avstriya, 2017)
8 19 Felipe Massa 3 3 (Belçika, 2017)
9 8 Roman Qrojan 3 1 (Meksika, 2017) 2 (Braziliya, 2017)
10 5 Sebastyan Fettel 3 3 (Azərbaycan, 2017)
11 7 Kimi Rəykkönen 3 3 (Belçika, 2017)
12 14 Fernando Alonso 2 2 (Yaponiya, 2017)
13 55 Karlos Sayns 2 2 (Kanada, 2017)
14 22 Censon Batton 2 2 (Monako, 2017)
15 94 Paskal Verlyayn 2 2 (İspaniya, 2017)
16 10 Pyer Qasli 2 2 (Çin, 2018)
17 3 Daniel Rikkardo 2 2 (Avstraliya, 2018)
18 35 Sergey Sirotkin 2 2 (Azərbaycan, 2018)
19 27 Niko Hülkenberq 1 1 (Əbu Dabi, 2017)
20 30 Colion Palmer 1 1 (İtaliya, 2017)
21 18 Ləns Stroll 1 1 (ABŞ, 2017)
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*