20 Avqust 2019, Çərşənbə axşamı - 22:31

Caterham F1 Team – CT03 (video)

Caterham F1 Team – CT03 (video)

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:04 - 07 Fevral, 2013

Mövsümöncəsi testlərin başlanmasına az qalmış Xeresdə daha bir komanda – Caterham komandası yeni maşınını nümayiş etdirib: avtodromun pit-leyninə açıq yaşıl […]

Mövsümöncəsi testlərin başlanmasına az qalmış Xeresdə daha bir komanda – Caterham komandası yeni maşınını nümayiş etdirib: avtodromun pit-leyninə açıq yaşıl rəngə boyanmış CT03 çıxarılıb (keçənilki maşın CT01 adlanırdı, amma CT02 indeksini Caterham şirkətinin yeni yol maşını alıb).

Toni Fernandes, Caterham şirkətinin başçısı: “CT03 bizim yeni bazamız Lifilddə hazırlanmış ilk maşınımızdır. Yeni maşın keçənilkinin təkamülüdür, ona görə də biz ortabab komandalardan geriqalmanı azaltma qşansı əldə etmişik. Bununla yanaşı biz bazada artıq gələn ilin maşını üzərində də işləməyə başlamışıq.

Bu il bütün komandalar maksimum effektliyə çalışacaqlar, amma yeni reqlamentdəki dəyişikliklərin miqyası o qədər böyükdür ki, mövsümün gedişində CT03-ün təkmilləşdirilməsinin dayandırılması qərarını qəbul edə bilərik. Amma mövsümün ilk yarışlarına biz yeniliklər gətirəcəyik.

Arzularımız yavaş-yavaş gerçəkləşir, amma mən realist olaarq qalıram və bilirəm ki, bizi hələ çətin və uzun yol gözləyir. Biz uzunmüddətli perspektivə sərmayə yatırmışıq və ixtisarlar etmirik, bizim irəliləmək üçün hər cür imkanımız var.”

ct03-2
Siril Abitebul, komandanın başçısı: “CT03 mənim başçılığım altınd ailk təqdim etdiyimiz maşındır, ona görə də mənim üçün bu gün əlamətdardır. Mən çox şadam ki, biz əlimizdə olan resurs və büdcədən maksimum effektiv istifadə edə bildik. Eyni zamanda deməliyəm ki, biz artıq gələn mövsümün layihəsi üzərində də işləməyə başlamışıq.

Zahiri görünüşdə nəzərə çarpan ən böyük fərq, əlbəttə, yeni maşının rəngini bir qədər açmışıq – buna səbəb maşının trasda daha gözəl görünməsidir, bizim fikrimizcə, məhz CT03 pit-leyndə ən gözəl rəng çalarlarına malikdir.

Bu il bizim maşınları Şarl Pik və Xido van der Xarde trasa çıxaracaqlar – hər iki sürücü gənclik və təcrübəni özlərində cəm ediblər. Trasda isə bizi güclü rəqiblər gözləyirlər. Amma mövsümün yekununa görə yenə də ilk onluqda yer almağı qarşımıza məqsəd qoymuşuq.”

ct03-3
Mark Smit, texniki direktor: “CT03 bizim Lifilddəki texniki mərkəzdə hazırlanmış ilk maşındır. Qarşıdakı mövsüm reqlamentdə ciddi dəyişiklik olmadığı üçün biz sadəcə CT01-in üzərində işləməyə qərar verdik, qənaət etdiyimiz büdcəni isə növbəti mövsüm üçün hazırladığımız layihəyə keçirdik.

Keçən mövsümün son yarışı ilə müqayisədə biz maşını ciddi təkmilləşdirmişik. Şassinin hündürlüyü aşağı salınıb, yan pantonlar kiçildilib, yəni maşının arxa hissəsində ahava axınını optimallaşdırmışıq. Diffuzor, motor qapağı, soyutma sistemi ciddi dəyişikliyə məruz qalıb, mövsümün ilk yarışına isə yeni ön və arxa antiqanadlar hazırlanacaq, diffuzor isə yenilənəcək.

ct03-4
Qeyd edim ki, Lifilddə biz yeni simulyatorumuzu da hazırlamışıq, onu biz Dell şirkəti ilə birlikdə hazırlamışıq, proqram təminatı isə Alienware şirkətinə məxsusdur. Gələn il mövsümünə yeni maşının hazırlanması zamanı arsenalımızda belə bir simulyatorun olması bizə çox vacib idi.

Şəxsən məni qarşıdakı mövsüm çox həyəcanlandırır, çünki bütün komandalar üstünlüyü məhz 2014-cü ilə hazırlığa verəcəklər. Biz isə hələlik Formula1-də dördüncü mövsümümüzə əla hazırlaşmışıq, mən əminəm ki, bu il bizi maraqlı çempionat gözləyir.”

Yeni CT03-ün üzərindən pərdəni komandanın yeni sürücüləri Şarl Pik və Xido van der Xarde çəkiblər…

ct03-5


Son Xəbərlər

İnformasiya

Bölüm Təqdimatlar
Mənbə
Baxış Sayı 540
Teqlər , , , , , , ,
Paylaş

logo