20 Noyabr 2019, Çərşənbə - 17:53

2014-cü ildə McLaren maşınlarında hansı motorlar olacaq?

2014-cü ildə McLaren maşınlarında hansı motorlar olacaq?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:09 - 03 Mart, 2013

Hələ də məlum deyil ki, McLaren maşınlarında 2014-cü ildə hansı motorlar işləyəcək. Komanda hələ heç bir motor istehsalçısı ilə müqavilə […]

Hələ də məlum deyil ki, McLaren maşınlarında 2014-cü ildə hansı motorlar işləyəcək. Komanda hələ heç bir motor istehsalçısı ilə müqavilə imzalamayıb, amma komandanın ənənəvi texniki tərəfdaşı olan Mercedes-Benz təkid edir ki, Uokinq yaxın günlərdə qərar qəbul eləsin – bu barədə Auto Motor und Sport həftəliyi yazıb. Almaniyalı jurnalistlərin fikrincə, Uokinq vaxtı uzadır ki, Honda konsernindən cavab gözləyir: guya yaponiyalılar Formula1 üçün turbo V6 motoru hazırlayıblar, amma hələ aydın deyil ki, motor 2014-cü ildə təqdim olunacaq yoxsa 2015-ci ilə saxlanılacaq?

Yaponiya konserninin bu planların realizəsində nə qədər irəli getməsi barədə mötəbər məlumat hələlik yoxdur, amma Honda-nın yenidən Formula1-ə marağının oyanması barədə şayiələr çoxdan gəzir. Auto Motor und Sport xatırladıb ki, hələ 2010-cu ilin Yaponiya Qran Prisi günlərində, yəni Honda-nın Formula1-i tərk etməsindən cəmi 2 il sonra, konsernin yüksək vəzifəli menecerləri bildirmişdilər ki, turbomotorlar üzərində iş artıq başlayıb və layihəyə yaşıl işıq verəcək direktorlar şurasının qərarını gözləyirlər.

Hadisələrin belə cərəyan etməsi təəccüblü deyil, axı Honda üçün yarış meydanında uğur qazanmaq həmişə öz məhsulunu satmaq üçün vacib alət olub. Bundan başqa, müasir hibrid texnologiyaların istifadə olunduğu yığcam və yüngül turbomotorların konsernə perspektiv inkişaf istiqaməti kimi görünməsi məntiqlidir.

Paddokda şayiələr gəzir ki, Honda-nın V6 motoru tam hazırdır və Uokinqdə bu motorun McLaren-in gələcək şassisi ilə uyğunlaşması prosesi başlayıb. Amma hələ də aydın deyil ki, motorun debütü nə vaxta planlaşdırlıb, çünki konsernin direktorlar şurası hələ son qərar qəbul etməyib.

Mercedes-Benz konserninin özü də ikili vəziyyətə düşüb, axı Ştutqart tezliklə 2014-cü ilə neçə komandanı motorla təchiz etdiyini bilməlidir. Bəs əgər McLaren Mercedes-Benz müştərisi kimi qalarsa, hansı müddətə qalacaq? Auto Motor und Sport yazır ki, şayiələr görə, Uokinq cəmi birillik müqavilə imzalamaq istəyir ki, 2015-ci ildə Honda motorlarına keçsin.

Amma belə olarsa, onda daha bir problem üzə çıxır: almaniyalı motor ustaları vacib texniki məlumatın yaponiyalı rəqiblərinə axmasının qarşısını necə alacaqlar? İstənilən halda, qərarın qəbul edilməsi üçün vaxt çox az qalıb.

Yeri gəlmişkən, motor təchizatçısı ilə bağlı qeyri-müəyyənlik Lyuis Həmiltonun, daha sonra isə Pəddi Lounun McLaren-dən getmələrinə səbəb ola bilərdi, çünki Mercedes-Benz-in zavod komandası 2014-cü ildə aşkar üstünlük qazanacaq: Brəklidə yeni motorlarla işə hamıdan tez başlayacaqlar…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 486
Teqlər , , , , , ,
Paylaş

logo