H.Marko: “Həmilton Ferstappendən güclüdür”

Red Bull şirkətinin idman direktoru Helmut Marko bildirib ki, Maks Ferstappen bu il inkişaf etsə də, Həmiltondan geri qalır.

F-1.az xatırladır ki, hollandiyalı sürücü 2019-cu ildə 2 poul və 3 qələbə qazanaraq, mövsümü üçüncü yerdə tamamlayıb. Lyuis Həmilton isə son altı mövsümdə 5-ci dəfə Dünya Çempionu titulunu qazanıb.

Helmut Marko: “Ferstappen daha sürətli ola bilər. Lakin Həmiltonun bolidi daha sürətlidir. Çox sürətli və təcrübəli sürücüdür. Bunu həmişə görürük. Lyuis sərbəst yürüşlərdə zirvədə olmur, amma sıralanma turunda özünü yaxşı tərəfdən göstərir. Bundan başqa yarış istedadı da var. Məsələn, Monako yarışında yavaş sürərək təkərlərini qorudu. Ya da Əbu Dabidəki sürətli dövrəsinə baxmaq kifayətdir. Maksa nisbətən çox təcrübəlidir. Bu da üstünlükdür. Əlbəttə, daha yaxşı maşın da işləri asanlaşdırır. Öndə olduğu üçün şanslıdır və həyat onun üçün daha asandır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*