A.Elbon: İnkişaf etmişəm

Red Bull komandasının sürücüsü Aleksander Elbon bildirib ki, son yarışlarda inkişaf edib.

F-1.az xatırladır ki, taylandlı sürücü bu il bütün sıralanma turu sessiyalarında Ferstappenə uduzub və sadəcə bir podium əldə edə bilib.

Aleksander Elbon: “Türkiyə yarışı mənim üçün əla keçdi. Boliddə çox şey sınadım. Komanda həftənin əvvəlində güclü görünürdü. Nəticə pis oldu və məyusam. Elə çətin şərtlərdə səhv etmək çox asan olur. Ancaq düz yoldayam. Mənim üçün işlər yaxşıya doğru gedir. Bəhreyn yarışını səbirsizliklə gözləyirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*