M.Ferstappen: “Red Bull baza komandası olmalıdır”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Red Bull baza komandası olmalıdır.

F-1.az xatırladır ki, “qırmızı öküzlər” 2007-ci ildən tərəfdaşlıq etdikləri Renault ilə yollarını ayıraraq gələn ildən Honda mühərriklərinə keçəcəklər.

Maks Ferstappen: “Görək nə olur. Hazırda kimin nə qədər sürətlənəcəyini demək çətindir. Hamımız növbəti mövsümə fokuslanmışıq. Amma artıq baza komandası olacağıq və bəzi şeyləri sınamaq üçün 2-3 yarış gözləməyəcəyik. Hazırda yenilikləri gözləməli oluruq. Gələn il isə yeniliklər dərhal bolidimizdə olacaq və bu, inkişafımıza kömək edəcək. Mercedes və Ferrari ilə savaşmaq üçün baza komandası olmalısınız. Hər həftəsonu maksimumu almağa çalışırlar və biz də elə olmalıyıq. Belə olsa, əla iş görmüş olacağıq. Çünki bolidimiz çox güclüdür”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*