M.Həkkinen Honda-ya inanmır

Formula1 üzrə ikiqat Dünya Çempionu Mika Həkkinen düşünür ki, Honda mühərrikləri Ferrari və Mercedes-lə bir səviyyədə deyil.

F-1.az xatırladır ki, Red Bull komandası bu ildən 2007-ci ildən tərəfdaşlıq etdiyi Renault ilə yollarını ayıraraq, Honda mühərriklərinə keçib:

Mika Həkkinen: “Düşünürəm ki, bu, yaxşı işləməyəcək. Şübhələrim var. Ancaq artıq zavod komandası oldular və Honda-dan dəstək alırlar. Bu da uğur qazanmaq üçün inam yaradır. Honda McLaren-lə çətin dövrlər keçirdi. Məncə, artıq daha güclü ola bilərlər. Lakin Ferrari və Mercedes-ə çata bilməzlər. Əgər motorun gücü azdırsa, düzlüklərdə çox vaxt itirərsiniz. Belə olan halda, ötmə etmək də çətin olacaq. Hələ lazımi səviyyədə olduqlarına inanmıram.

Renault isə artıq hazırdır. Testlərdəki performansları əla idi və məncə, çox güclüdürlər. Red Bull düz etdi? Renault ilə yollarını ayırdılar. Bəs indi nə olacaq? Bunu görmək maraqlı olacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*