Marko Nyuinin komandada qalacağını təsdiqləyib

Azərbaycan Qran Prisi günlərində Avropa mətbuatında Ədrian Nyuinin Red Bull ilə müqaviləsini uzatması ilə bağlı xəbərlər yayılıb.

F-1.az xəbər verir ki, komandanın idman məsləhətçisi Helmut Marko britaniyalı mühəndisin Milton Keyns komandası ilə işləməyə davam edəcəyini təsdiqləyib.

Helmut Marko: “Ədrian Nyui ilə müqavilənin uzadılması onu göstərir ki, biz ardıcıllığı inkişaf etdirməyə davam edirik və komandada çox rahat iş mühiti var. Ədrian 17 ildir bizimlə işləyir, lakin onun ömürlük müqaviləsi yoxdur. Ona görə də rəqiblərimizdən şirnikləndirici təkliflər almağa davam edir. Bununla belə, ümid edirəm ki, o, bizim komandada karyerasını başa vuracaq”.

Komandanın rəsmisi Markonun mövzu barədə Racingnews365 resursuna dediklərini təsdiqləyib: “Biz fərdi müqavilələri müzakirə etmirik. Amma əmin ola bilərsiniz ki, Ədrian Nyui hələ uzun müddət komandada olacaq”.

Qeyd edək ki, təcrübəli britaniyalı mütəxəssis F1 tarixinin ən uğurlu mühəndislərindən biri hesab edilir. Son bir neçə onillikdə Williams, McLaren və Red Bull ilə qazandığı saysız müvəffəqiyyətlərə görə demək olar ki, bütün komandalar onun xidmətlərində maraqlıdır…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*