M.Ferstappen Həmiltonun uğurlarına kölgə salır

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, maşını bir az güclü olsa, Həmiltonu və Lekleri qabaqlayar.

F-1.az xatırıadır ki, Həmiıton bu il 6-cı Dünya Çempionluğuna gedir. Bu il Ferrari-yə keçən Lekler isə 6 poul, 2 qələbə qazanıb.

Maks Ferstappen: “Lyuis və ya Şarlla eyni maşında olsam, onları 0.2 saniyə qabaqlayardım. Bu il bolidin potensialından daha yaxşı performans göstərirəm. İnsanlar elə bilir ki, Red Bull rəqibləri ilə eyni səviyyədədir. Ancaq göründüyündən zəifik. Sinqapurdan əvvəl düşünürdüm ki, gələn il çempion ola bilərik. İndi isə buna inanmıram.

Lyuis güclü sürücüdür və eyni zamanda ən güclü bolidə sahibdir. Lyuis uzun illərdir ki, zəif komanda yoldaşı ilə yarışır. Belə olan halda, hamını məğlub etmək olar”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*