“Mercedes Red Bull-dan zəifdir”

Mercedes komandasının baş yarış mühəndisi Andryu Şovlin bildirib ki, hazırda Red Bull-dan geridədirlər.

F-1.az xatırladır ki, “gümüşü oxlar” qış testlərinin ən az dövrə vuran komandası olub. Hər iki sürücü də bolidin arxa tərəfinin balansından şikayət edib. Nəticədə Almaniya təmsilçisi tesrlərdə Red Bull-dan təxminən 1 saniyə geridə qalıb.

Andryu Şovlin: “Dolu çən performansımızı düzəldə bildik. Bolid artıq daha yaxşıdır. Lakin topladığımız məlumatlara əsasən yarış tempində hələ də Red Bull-dan geridəyik. Boş çənlə vəziyyət lap qarışıqdır. Performansımızı istədiyimiz kimi artıra bilmədik. Hazırda bizdən güclü olan bir neçə komanda var.

Son illərdə qış testlərinə bəzi problemlər yaşamışdıq. Lakin bu dəfə işimiz daha çətindir. İlk yarışa az qalıb və vaxtımız da azdır. Buna görə də problemləri anlamaq üçün bir proqram tərtib etdik. Növbəti 10 gün ərzində onları həll etməyə çalışacağıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*