T.Volff: Karyeramın ən pis günü idi

xMercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, karyerasının ən pis günlərindən birini yaşayıb.

F-1.az xatırladır ki, Mercedes mövsümə pis başlayıb və Bəhreyn yarışını 5 və 7-ci yerlərdə bitirib.

Toto Volff: “Yarış karyeramın ən pis günlərindən biri idi. Hər sahədə geridəyik. Aston Martin sürətlidi və buna layiqdirlər. Red bull isə yadplanetli kimidir. Bu da bizim canımızı ağrıtdı.

Red Bull-un performansı bizim güclü olduğumuz illəri xatırlatdı. O vaxt biz də hamıdan 1 saniyə üstün idik. Addım-addım zirvəyə qayıtmalıyıq. Bunu edə bilərik.

Aston Martin-in öndə olması yaxşıdır, çünki onların bolidində bizim detallarımızdan var. Geri dönmək üçün nə edəcəyimizi bilirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*