V.Bottas: Sürətli dövrə vurmaq fikrim yox idi

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, ən sürətli dövrəni atmağa çalışmayıb.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Niderland yarışında üçüncü yerdə ikən yarışın sonlarında pitə çağırılıb və Soft təkərə keçib və sürətli dövrə vurub. Ardından Mercede sHəmiltonu da pitə çağırıb və yeddiqat Dünya Çempionu son dövrədə ən sürətli zaman nəticəsini göstərib.

Valtteri Bottas: “Ən sürətli zaan nəticəsini almağa çalışmadım. Onu Lyuis aldı və biz komanda olaraq əla xallar qazandıq. Sözün açığı, mənim üçün adi bir yarış oldu. Bir pit-stop etmək istədik və buna görə də pitə gec getdim. Təkərləri sona qədər saxlamağa çalışdım. Amma yarışın sonlarında gördüm ki, arxadakı bolidlə fərq çoxdur və daha bir pit-stop etməyə qərar verdik. Bu pit-stopun səbəbi işimizi təminat altına almaq idi. Əlimizdən gələni etsək də, tempimiz zəif idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*