L.Həmilton: Sıralanma turunda geriyə düşdük

Mercedes komandasının Lyuis Həmilton bildirib ki, sıralanma turunda geridə qalıblar.

F-1.az xatırladır ki, Mercedes cümə günü ABŞ-da sürətli görünürdü. Lakin sıralanma turun Həmilton ikinci, Bottas isə dördüncü olub.

Lyuis Həmilton: “Sıralanma turunda əlimdən gələni etdim. Sıralanma turunda bir az çətinlik çəkdik. Birinci sessiyadan etibarən geridə qaldıq. Red Bull bütün sessiya ərzində güclü idi və buna görə də atdığım dövrədən razıyam. Təbii ki, inkişaf edə bilərik, amma burada maksimum bu idi.

Yarış üçün yaxşı yerdən başlayırıq və ümid edirəm ki, ilk döngədə yaxşı mübarizə apararıq. Buradakı hədəfim qalib gəlməkdir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*