L.Həmilton gənc Rasselldən qorxur?

Yeddiqat Dünya Çempionu Lyuis Həmilton komandaya Corc Rasselin qatılmasından narazıdır

Deyilənlərə görə, Toto Volff artıq yeddiqat dünya çempionuna yeni komanda yoldaşının adını açıqlayıb. Lyuis isə Bottasın gələn il komandada qalmamasında çox məyus olub.

Britaniyalı sürücü həm bu il – titul uğrunda mübarizənin son yarışadək gedə biləcəyi bir mövsümdə, həm də gələn il – reqlamentdə ciddi dəyişikliklərin olduğu bir mövsümdə məhz Bottas kimi bir sürücüyə ehtiyacın olduğunu rəhbərliyə xatırladıb: “Bottas məndən yavaş olsa da, peletonda hamıdan sürətlidir, komandada isə çox sakitdir”.

Toto isə artıq qərarın verildiyini, şirkət rəhbərliyinin və səhmdarların bu qərarı dəstəklədiini açıqlayıb: “Biz perspektivi də nəzərə almalıyıq və komandaya yeni nəfəs lazımdır…”

Deyilənlərə görə, komanda Bottasa hörmət əlaməti olaraq, onun özünün açıqlamasını gözləyir və bundan sonra Corc Rassellin müqaviləsi rəsmən elan olunacaq, çox güman ki, Monzada…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*