P.Qasli: “Performansa fokuslanmadıq”

Red Bull komandasının sürücüsü Pyer Qasli testlərin dördüncü günündən sonra performansa fokuslanmadıqlarını deyib.

F-1.az xatırladır ki, fransalı sürücü birinci qış testlərinin son günündə 146 dövrə vurub və C3 təkərlərlə 1:18.780 zaman nəticəsini əldə edib.

Pyer Qasli: “Bu gün bizim üçün məhsuldar oldu. Zaman nəticəsində bunu əks etdirməsək də, bu, sadəcə testdir. Nə etdiyimizi yaxşı bilirik. Hələ performansa fokuslanmamışıq. Bolidi anlamağa çalışırıq. Ferrari sürətli görünsə də, hər şey Avstraliyada bilinəcək. Heç kimin yanacaq yükündən xəbəri yoxdur.

Sabah yenə simulyatorda işləməyə başlayacam. Çox şeyin üzərində işləməliyik. Özümüzü ilk yarışa hazırlamaq üçün daha 4 günümüz olacaq. Bolidə və yeni mühəndislərə öyrəşmək üçün hər dövrə mənə vacib idi. İndiyə kimi əla işlədik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*