H.Marko: Ferstappen problem yaşadı

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Maks Ferstappen yarışın ilk dövrələrində ötürmələr qutusu problemi yaşadığı üçün hər dövrə 0.3 saniyə itirib.

F-1.az xatırladır ki, hollandiyalı sürücü yarışa pouldan başlamış və ilk dövrələrdə fərqi artırmışdı. Lakin sonradan gənc sürücü bolidin sürətlənməsindən şikayət etmişdi.

Helmut Marko: “Sıralanma turunda bir döngəni geniş trayektoriyadan döndüyü üçün altlığı zədələdi. Buna görə cuzi də olsa, itirdik. Asfaltayatma qüvvəsinin 8 faizi azaldı. Bu, elə də böyük fərq yaratmadı. Lakin yarışdakı differensial problemləri daha ciddi idi. Birinci sektorda 0.3 saniyə itirirdi. Eyni halla Peres də rastlaşdı. Həm asfaltla ilişmə az idi, həm də təkərlər daha çox fırlanıb, çox qızırdı.

Buna görə də Maks fərqi artıra bilmədi. Əksinə fərq 2.5 saniyədən 1.7 saniyəyə düşdü. Daha sonra yenə problem yaşadıq və mühərriyin gücünü azaltmalı olduq. Buna baxmayaraq, Maks yenə də Həmiltpna çatdı”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*