M.Ferstappen əzəli rəqibinə hörmət edir

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Leklerə hörmət edir.

F-1.az xatırladır ki, ilk iki yarışın qəhrəmanları Maksla Şarl olub. Onlar həm Bəhreyndə, həm də Ciddədə azarkeşləri həyəcanlandıran təkər-təkərə mübarizəyə girişiblər. Bunların birində Lekler, digərində isə Ferstappen qalib olub.

Maks Ferstappen: “Belə anlarda səbirli olmalısınız, çünki xallara ehtiyacımız var. Təbii ki, qalib gəlmək istəyirik, amma yarışı bitirmək də önəmlidir.

Bizim mübarizəmiz yaxşı və çətin idi. Bir-birimizə hörmət edirik və bu vacibdir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*