M.Ferstappen: Növbəti 3 yarış vacib olacaq

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, növbəti 3 yarış çempionluq uğrunda mübarizədə vacib olacaq.

F-1.az xatırladır ki, niderlandlı sürücü ən yaxın rəqibi Həmiltonu 12 xal qabaqlayır.

Maks Ferstappen: “Ostindəki qələbə əla idi. Əvvəlki yarışlar motor cəzalarına və pis xatirələrə görə çətin olmuşdu. Buna görə də qələbə qazanmağım və Çekonun üçüncülüyü əla idi. Çempionluq üçün yaxşı xallar vacib idi. Ostində tempimiz yaxşı idi və bunu növbəti yarışlarda da göstərməliyik.

İndi Meksika yarışı var və burada gözəl xatirələrim var. Birillik fasilədən sonra burada trasa çıxmaq üçün səbirsizlənirəm. Çekonun komandaya gəlməsi ilə Meksikada azarkeşimiz artdı. Ümid edirəm ki, onlara gözəl yarış izlətdirərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*