G.Ştayner: Red Bull bütün yarışlarda qalib gəlməyəcək

Haas-ın rəhbərinin fikrincə, Red Bull-un böyük üstünlüyünə baxmayaraq, titulların taleyi hələ dəqiqləşməyib.

F-1.az xəbər verir ki, Günter həm də Avstriya komandasının cari mövsümdə bütün yarışları qazana biləcəyinə inanmır.

Günter Ştayner: “Şəxsən mənə mövsüm darıxdırıcı görünmür. Çox maraqlı döyüşlər gördük. Bəli, Red Bull maşınları çox sürətlidir, lakin onların arxasında mübarizə çox maraqlı idi.

İnanıram ki, hansısa mərhələdə kimsə Red Bull-a çatacaq və onlara mübarizə təklif edəcək. Formula1-də biz tez-tez bir neçə yarışdan sonra nəticə çıxarırıq, öz-özümüzə deyirik: “Aha, hər şey indidən bitdi, hər şey məlumdur”. Amma yenə də səbirli olardım. Red Bull-un bu il hər yarışda qalib gələcəyini düşünmürəm”.

Xatırladaq ki, geridə qalan 5 yarışın hamısı Red Bull sürücülərinin qələbəsi ilə başa çatıb. Yalnız Melburndakı yarışda Serxio Peres çox gerilərdən başlayaraq beşinci yerdə finiş görüb və komanda qələbə dublu əldə edə bilməyib…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*