Rəsmən: Stüardlar Red Bull-un şikayətini geri qaytarıblar

Avstriya Qran Prisinin stüardları Red Bull-un etirazını rədd ediblər. Mercedes-in istifadə etdiyi DAS sükan sistemi qanuni hesab olunub.

F-1.az xatırladır ki, Mercedes komandasının hələ Barselona testlərində sınaqdan keçirdiyi DAS (Dual-Axis Steering) sistemi rəqbiləri tərəfindən birmənalı qarşılanmamışdı və Red Bull sistemdən şikayət edəcəyini söyləmişdi. Rəsmi etirazın Avstraliyadan Avstriyayadək təxirə salınması başa düşülən idi – mövsümün ilk sessiyasını gözləmək lazım idi.

Cümə günü sərbəst yürüşlər başa çatdıqdan sonra yerli komanda Mercedes-dən rəsmən şikayət edib. Bakı vaxtı ilə saat 22:10-da tərəflər stüardların otağında toplaşıblar və təxminən altısaatlıq müzakirədən sonra qərar elan olunub.

Red Bull rəqibləri tərəfindən texniki reqlamentin, xüsusilə “aerodinamik elementlərin hərəkətliliyini qadağan edən” 3.8-ci və “hərəkət zamanı asılqan sisteminin tənzimlənməsini qadağan edən” 10.2.3-cü maddələrinin pozulmasında iddialı olub.

Komandaların texniki rəhbərlərinin (şəxsən və ya videokonfrans şəklində) və FİA-nın texniki şöbəsinin müdiri Nikolas Tombasisin iştirakı ilə FİA-nın stüardlarının müzakirələrindən sonra DAS-ın qeyri-adi olmasına baxmayaraq, Mercedes W11-in sükan sisteminin bir hissəsi olduğu qərara alınıb. Müvafiq olaraq, şikayətdə göstərilən maddələrə sükanla əlaqəli bütün istisnalar aiddir, düzdür, bu sükan sistemi istismar zamanı maşının aerodinamik xüsusiyyətlərini və asılqanın işini əhəmiyyətli dərəcədə dəyişdirir.

Stüardlar müəyyən ediblər ki, DAS aerodinamika və asılqanla bağlı hər hansı qaydaları birbaşa poza bilməz.

Mercedes hələ sistemi işləyib hazırlayarkən FİA-ya müraciət etmiş, sistemin leqallığını müzakirə etmiş və yalnız təsdiq cavabı aldıqdan sonra maşınlara tətbiq edib. Sistemin leqallığı indi də təsdiq olunub.

Stüardların qərarı Mercedes-ə mövsüm ərzində DAS-dan istifadə etməyə imkan verir. Tərəflər qərardan müəyyən olunmuş qaydada şikayət etmək hüququna malikdirlər.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*