Red Bull sponsoru Tag Heuer ilə müqavilə uzadıb

Red Bull komandası məşhur saat istehsalçısı Tag Heuer ilə müqaviləsini 2024-cü ilə qədər uzadıb.

F-1.az xatırladır ki, tərəflər 2016-cı ildə müqavilə bağlamışdı. Lakin hər iki şirkət də tərəfdaşlığı uzatmaq istəyirdilər. Beləliklə, bir-birlərinin işindən razı qalan şirkətlər müqaviləni 2024-cü ilə qədər uzadıblar.

Red Bull komandasının rəhbəri Kristian Horner: “Tag Heuer idman tarixinin əfsanəvi brendlərindəndir. Onlarla müqavilə yenilədiyimiz üçün sevincliyik. Növbəti illərdəki uğurları səbirsizliklə gözləyirik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*