S.Peres: Komanda ilə danışacam

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, İspaniyadakı komanda əmri barədə danışacaq.

F-1.az xatırladır ki, meksikalı sürücü yarışda lider idi, amma komanda ona əmr verərək, Ferstappeni önə buraxmasını istədi. Beləliklə, Peres qələbəni əldən verərək, ikinciliyə razı olubdu.

Serxio Peres: “İspaniyada ilk dəfə podiuma çıxdığım üçün sevincliyəm. Qələbəyə yaxın idim. Komanda üçün əla nəticədir. Buna görə sevinirəm.

Fərqli strategiyalarda idik. Əvvəl Maksın keçməsinə icazə verdim. O anda strategiyama görə vaxt itirmək istəmədim. Ancaq yenə də komanda üçün əla nəticədir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*