G.Berger: İkinci sürücülər vacib olacaq

Sabiq Formula1 sürücüsü Gerhard Berger bildirib ki, çempionluq uğrunda mübarizədə ikinci pilotların performansı vacib olacaq.

F-1.az xatırladır ki, iki sürücü arasında hazırda amansız mübarizə gedir və Maks 4 xal fərqlə turnir cədvəlində birinci yerdədir. Bundan başqa komandalar arasında da sıx mübarizə gedir.

Gerhard Berger: “Hazırda komanda yoldaşları çox vacibdir. Buna görə də Peresin Bakıdakı qələbəsi Red Bull üçün dəyərli idi. Belə nəticələr Peresin güclənməsinə kömək edir və özünə olan inamı artırır.

Peres Maksa yarışda çox kömək elədi. Red Bull-un buna ehtiyacı var. Bottasın niyə geri qaldığını bilmirəm. Amma tezliklə özünə gəlməlidir, çünki Həmiltonla Ferstappen arasında mübarizə artacaq. Belə olan halda, Pereslə Bottas da onlara kömək etməlidirlər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*