H.Marko: Ferstappen tez gedə bilər

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Maks Ferstappen eynilə Niko Rosberq kimi karyerasını tez bitirə bilər.

F-1.az xatırladır ki, Niko Rosberq 2016-cı ildə Dünya Çempionu olduqdan 6 gün sonra karyerasını bitirdiyini açıqlamış və idmandan getmişdi. Bu hal baş verəndə almaniyalı sürücünün 31 yaşı var idi.

Maks Ferstappen son iki mövsümdə Dünya Çempionu olub və bu il üçüncü titula doğru əmin addımlarla gedir. Ancaq o, idmanın gedişatından razı deyil və 2028-ci ildə – yəni ki, 31 yaşında təqaüdə çıxa bilər.

Helmut Marko: “Maksın sonsuza qədər yarıçmayacağını bilirəm. O da Niko Rosberq kimi idmandan tez gedə bilər. Amma ümid edirəm ki, pis keçən mövsümdən sonra idmandan getmə qərarı almaz. Daha əvvəldən bizə xəbər verməsini istəyərəm. Dediyim kimi idmandan tez getmə ehtimalı olsa..

Formula1-dən ayrılsa belə, yarışlardan birdəfəlik getməyəcək. 24 saatlıq Le Man Marafonu kimi zövq alacağı yarışlara gedə bilər. Formula1 Dünyasında təzyiq çoxdur.22-23 yarış və hər həftəsonu simulyator. Çoxlu reklam tədbirləri və s. Çox işləməlisiniz. Bunu edəndə də stresslə mübarizə aparmaq çətin olur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*