S.Peres: Rikkardo bizə çox kömək edəcək

Meksikalı sürücü illər sonra komandaya qayıdan Danielin komandaya çox kömək etdiyini, bundan sonra da edəcəyini düşünür.

F-1.az xatırladır ki, Rikkardo üçüncü sürücü kimi Red Bull komandasına qoşulub.

Serxio Peres: “Red Bull Racing-də olarkən hər zaman əlindən gələni etməlisən. Danielin komandada olub-olmamasının fərqi yoxdur, Red Bull istədiyi sürücünü seçə bilər. Həmişə təzyiq var. Əgər siz Red Bull sürücüsüsinizsə, istənilən mövsümdə mütləq nəticə əldə etməlisiniz.

Komanda çox şanslıdır ki, Rikkardo kimi təcrübəyə malik sürücümüz var. Bazada mühəndislərlə işləyəcək, maşınla bağlı şərhlərimizdən xəbərdar olacaq. Ətrafımızda onun kimi sürücünün olması çox gözəldir, yarış həftəsonları üçün sazlanmaları tapmaqda bizə çox kömək edəcək”.
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*