Force İndia testlərdə 4 sürücü ilə çıxış edəcək

Force İndia komandası builki qış testlərində Esteban Okon, Serxio Peres, Nikita Mazepin və Nikolas Latifi ilə iştirak edəcək.

F-1.az xatırladır ki, Hindistan təmsilçisi mövsümöncəsi testlərə gənc sürücülərlə çıxır. 2015-ci ildə Paskal Verlyaynla tesrlərə çıxan hindistanlılar, keçən il də Alfonso Selişin xidmətindən faydalanmışdılar.

Force İndia builki testlərə də iki gənc sürücü ilə çıxacaq. Komandadan verilən açıqlamaya əsasən, gələn hətfə 4 fərqli sürücü trasa çıxacaq. Testlərin ilk günündə Mazepin, ikinci gün Okon, üçüncü gün Peres və son günündə isə Latifi sükan arxasına keçəcək.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*