S.Peres cümə günü trasa çıxacaq

Red Bull komandasının sürücüsü Serxio Peres xəstələndiyi üçün həftənin dördüncü günü mətbuat konfransına qatılmasa da, bu gün Şpilberqə gəlib və trasa çıxacaq.

F-1.az xatırladır ki, meksikalı sürücü dördüncü gün səhər xəstələmdiyini və buna görə də mətbuat konfransına qatılmayacağını demişdi. O, enerjisini digər günlərə saxlamaq üçün dünən trasa gəlməyib və otağında istirahət edib.

Red Bull komandası Peresin cümə günü sərbəst yürüşlərə qatılmasını gözləyirdi, amma Çeko sağalmasaydı, onu ya Daniel Rikkardo ya da Liam Louson əvəz edəcəkdi.

Qeyd edək ki, meksikalı sürücü hazırda Sürücülər Çempionatında ikinci yerdədir. Peres çempionatın lideri və komanda yoldaşı Maks Ferstappendən 69 xal geri qalır. Bu isə o deməkdir ki, Serxio Yarışa çıxmasa, niderlandlı sürücü turnir cədvəlində əlçatmz olacaq.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*