Z.Braun: Lyuislə Maks qəza edəcəklər

McLaren komandasının rəhbəri Zek Braun bildirib ki, Lyuislə Maks bu həftəsonu Monakoda qəza edə bilərlər.

F-1.az xatırladır ki, bu il iki sürücü çempionluq uğrunda mübarizə aparır. Lyuis yarışdan 3-ü, Maks isə sadəcə 1-i qazanıb.

Zek Braun: “Məncə, belə mübarizə idman üçün yaxşıdır. Ümid edirəm ki, Monakoda qələbə üçün fürsətimiz olar. Məncə, Monakoda yarışın startında təmas yaşaya bilərlər.

Lyuisin çempionluqları Rosberqlə yarışdığı illəri nəzərə almasaq, çox asanlıqla başa gəlib. Buna görə də Maksla rəqabəti yaxşı oldu. Maks ona səviyyəsini artırmağa kömək etdi. Düzdür, Həmiltonun buna ehtiyacı yox idi, lakin indi karyerasının zirvəsindədir. Lyuis çox ağıllıdır. hücum edərkən bunu görmək mümkündür. Səbirsiz davranmır. Burada təcrübə öz sözünü deyir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*