Malayziya hökuməti və ölkənin Qran Pri promouterləri mərhələnin bir və ya bir neçə digər trasla növbəli şəkildə, bir neçə ildən bir keçirilməsi imkanını nəzərdən keçirib.
Gənclər və idman naziri Muhəmməd Tofiq Cövhəri: “Yarışı bir neçə ildən bir başqa ölkə ilə əməkdaşlıq çərçivəsində keçirmək təklifi var. Biz bu ideyanın müzakirəsinə başlamışıq, onun reallaşdırılması imkanını qiymətləndiririk”.





