22 Avqust 2019, Cümə axşamı - 08:59

Çin Qran Prisi: Yarış

Çin Qran Prisi: Yarış

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

07:18 - 17 Aprel, 2013

Quru. Günəşli. Havanın temperaturu +26° C, trasın temperaturu +35° C Mövsümün ilk iki Qran Prisi dəyişkən havada keçmişdi və yalnız […]

Quru. Günəşli. Havanın temperaturu +26° C, trasın temperaturu +35° C

Mövsümün ilk iki Qran Prisi dəyişkən havada keçmişdi və yalnız Şanxayda yağış yağmayıb – uik-endin bütün günləri tras quru olub. Dünən Lyuis Həmilton karyerasında 27-ci, mövsümdə və yeni komandasında isə 1-ci poulunu qazanıb. Onunla yanaşı birinci cərgədə Kimi Rəykkönen, ikinci cərgədə Alonso və Rosberq, üçüncü cərgədə Massa və Qrojan yer alıblar. Amma Şanxayda hər şey start mövqeyindən deyil, təkərlərlə iş taktikasından asılı olub.

Artıq cümə günü komandalar başa düşmüşdülər ki, Soft tərkibi Çin trasına düşmür və bir sürətli dövrədən sonra effektliyini itirir, ona görə də sıralanma turunda sürücülər fərqli metod seçiblər. İlk iki sessiyada Medium tərkibinə qənaət edən sürücülər sonuncu sessiyada seçim qarşısında qalıblar: Soft-la daha yüksək yer uğrunda mübarizə aparmaq yoxsa starta Medium təkərlə çıxmaq?

Ona görə də startda Batton, Fettel, Hülkenberq, di Resta, Peres, Vern və Bottas Medium-a üstünlük veriblər, digər sürücülər isə yarışa sarı təkərlərlə başlayıblar.

Dünən sıralanma turu başa çatdıqdan sonra stüardlar Mark Uebberin nəticəsini protokollardan siliblər – ikinci sessiyada avstraliyalı sürücü sürətli dövrəsindən sonra maşını saxlamalı olmuşdu, FİA-nın təftişi zamanı onun maşınında cəmi 150 qram yanacaq götürmək mümkün olub. Ona görə də Mark peletonun sonuna göndərilib, amma komanda bağlı park rejimini pozaraq onun maşınında ötürmələr qutusunu və sazlanmaları dəyişib – Uebber pit-leyndə yerini tutub.

Startda Həmilton poulun üstünlüyünü qoruyub, Rəykkönen hər iki Ferrari sürücüsünü önə buraxıb. Birinci dövrənin sonunda ilk onluq: Həmilton – Alonso – Massa – Rəykkönen – Qrojan – Rosberq – Rikkardo – Batton – Fettel – di Resta.

1-ci dövrənin sonunda Mark Uebber pit-leynə yollanıb və planlı olaraq Medium təkərlərinə keçib.

5-ci dövrədə Alonso və Massa Həmiltonu qabaqlayıblar, 6-cı dövrədə Qutyerres arxadan Sutilin maşınına çırpılıb – hər iki sürücü üçün yarış başa çatıb. Elə həmin dövrənin sonunda Həmilton və Rosberq ardıcıl olaraq mexaniklərinə baş çəkiblər. 7-ci dövrədə Alonso və Rəykkönen, 8-ci dövrədə Massa, Qrojan və Maldonado Soft təkərlərindən azad olublar. Yarışa Medium-la başlayan sürücülər başçılıq ediblər – Hülkenberq Fettelin bir neçə hücumunu dəf edib, Uebber isə 11-ci yerə yüksəlib.

Bir neçə dövrədən sonra Medium təkərlərinin də effektliyi ölüb, trasda ötməyə kifayət qədər imkan olduğu üçün mövqe uğrunda mübarizələr qızışıb.

15-ci dövrədə Hülkenberq, Fettel və di Resta təkərlərini dəyişiblər, Sebastyan pitdə Nikonu qabaqlayıb. Komanda yoldaşının arxasında trasa qayıdan Fettelin bəxti gətirib – Uebber və Vern 6-cı döngədə təmas yaşayıblar və hər iki maşın boksa tələsib. Trasa qayıdan Markın maşınında sağ arxa təkər yaxşı bərkidilmədiyi üçün avstraliyalı sürücü yarışı dayandırmalı olub. Peres və Rəykkönen də təmas yaşayıblar, finlandiyalı sürücünün ön antiqanadı və burun elementi dağılsa da, sürücü trasda qalıb.

Batton və Peres start aldıqları Medium-la trasda ən çox qalıblar – McLaren komandası hər iki sürücüsü üçün iki pit-stoplu strategiya seçib. Censon yarışa başçılıq edib, 21-ci dövrədə onu Alonso qabaqlayıb. 22-ci dövrədə Həmilton və Rəykkönen ikinci pitlərini keçiriblər. Rosberqin maşınında problemlər yaşandığı üçün almaniyalı sürücü yarışı dayandırmalı olub. 24-cü dövrədə Alonso və Batton təkərlərini dəyişiblər. 25-ci dövrədə Peres də ilk pit-stopunu reallaşdırıb. 27-ci dövrədə ilk onluq (mötərizədə pit-stopların sayı): Fettel (1) – Alonso (2) – Hülkenberq (1) – Batton (1) – Həmilton (2) – Rəykkönen (2) – di Resta (1) – Massa (2) – Qrojan (2) – Peres (1).

29-cu dövrədə Həmilton Battonu, Alonso isə Fetteli ötüb. 30-cu dövrədə Hülkenberq, 32-ci dövrədə Fettel və Peres pit-stop keçiriblər. Trasa qayıdan Sebastyan qısa müddət ərzində Massanı, di Restanı və Hülkenberqi qabaqlayıb. 35-ci dövrədə Rəykkönen sonuncu pit-stopuna yollanıb. 36-cı dövrədə Fettel Battonu keçərək 3-cü yerə yüksəlib.

37-ci dövrədə Massa, 38-ci dövrədə Həmilton, Qrojan və Vern, 39-cu dövrədə Rikkardo, 41-ci dövrədə Alonso sonuncu dəfə mexaniklərinə qonaq olublar. Alonso trasa 2-ci qayıdıb, amma 2 dövrə sonra Fetteli qabaqlayaraq yenidən yarışa başçılıq edib. Lyuis isə trasa Kiminin arxasında qayıdıb. 45-ci dövrədə onlar Battonu qabaqlayıblar.

50-ci dövrədə Batton sonuncu pit-stopunda Soft təkərlərinə keçib. Trasa qayıdan britaniyalı sürücü tezliklə Massanı üstələyib. 52-ci dövrədə Fettel sonuncu pit-stopunu keçirib və təzə Soft dəstini alıb. Trasa Həmiltondan 11 saniyə geridə qayıdan almaniyalı sürücü finişədək hücum edib və britaniyalı sürücünün düz arxasında yarışı başa vurub.

Alonso Çin Qran Prisində mövsümdə ilk və karyerasında 31-ci qələbəsini qazanıb. Yarışın həlledici faktoru strategiya və uzun məsafədə təkərlərlə effektiv iş olub – bu dəfə Ferrari rəqiblərində güclü olub, amma mövsümün ilk üç yarışında biz üç müxtəlif komandadan üç fərqli qalib gördük. Bir həftə sonra isə hər şey davam edəcək!

YerPilotKomandaMotorVaxt
01F.AlonsoFerrariFerrari1.36:26.945
02K.RəykkönenLotusRenault+ 0:10.168
03L.HəmiltonMercedes AMGMercedes+ 0:12.322
04S.FettelRed BullRenault+ 0:12.525
05C.BattonMcLarenMercedes+ 0:35.285
06F.MassaFerrariFerrari+ 0:40.827
07D.RikkardoToro RossoFerrari+ 0:42.691
08P.di RestaForce İndiaMercedes+ 0:51.084
09R.QrojanLotusRenault+ 0:53.423
10N.HülkenberqSauberFerrari+ 0:56.598
11S.PeresMcLarenMercedes+ 1:03.860
12J.E.VernToro RossoFerrari+ 1:12.604
13V.BottasWilliamsRenault+ 1:33.861
14P.MaldonadoWilliamsRenault+ 1:35.453
15J.ByankiMarussiaCosworth+ 1 dövrə
16Ş.PikCaterhamRenault+ 1 dövrə
17M.ÇiltonMarussiaCosworth+ 1 dövrə
18Q.van der QardeCaterhamRenault+ 1 dövrə
N.RosberqMercedes AMGMercedes
M.UebberRed BullRenault
A.SutilForce İndiaMercedes
E.QutyerresSauberFerrari

Sürətli dövrə: Sebastyan Fettel (Red Bull) – 1:36.808 (53-cü dövrə).

Turnir cədvəli:

YerPilotKomandaMotorXal
01S.FettelRed BullRenault52
02K.RəykkönenLotusRenault49
03F.AlonsoFerrariFerrari43
04L.HəmiltonMercedes AMGMercedes40
05F.MassaFerrariFerrari30
06M.UebberRed BullRenault26
07N.RosberqMercedes AMGMercedes12
08C.BattonMcLarenMercedes12
09R.QrojanLotusRenault11
10P.di RestaForce İndiaMercedes8
11D.RikkardoToro RossoFerrari6
12A.SutilForce İndiaMercedes6
13N.HülkenberqSauberFerrari5
14S.PeresMcLarenMercedes2
15J.E.VernToro RossoFerrari1
16V.BottasWilliamsRenault0
17E.QutyerresSauberFerrari0
18J.ByankiMarussiaCosworth0
19Ş.PikCaterhamRenault0
20P.MaldonadoWilliamsRenault0
21Q.van der QardeCaterhamRenault0
22M.ÇiltonMarussiaCosworth0

Mühəndislər Kuboku:

YerKomandaMotorXal
01Red BullRenault78
02FerrariFerrari73
03LotusRenault60
04Mercedes AMGMercedes52
05McLarenMercedes14
06Force İndiaMercedes14
07Toro RossoFerrari7
08SauberFerrari5
09WilliamsRenault0
10MarussiaCosworth0
11CaterhamRenault0

Çin Qran Prisi: Yarış

Çin Qran Prisi: Yarış

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

04:22 - 16 Aprel, 2012

Quru. Buludlu. Havanın temperaturu +22° C, trasın temperaturu +23° C Çin Qran Prisinin start düzlüyündə qüvvələr nisbəti çox maraqlı alınmışdı […]

Quru. Buludlu. Havanın temperaturu +22° C, trasın temperaturu +23° C

Çin Qran Prisinin start düzlüyündə qüvvələr nisbəti çox maraqlı alınmışdı – Mercedes AMG sürücüləri ilk cərgədən start alırdılar: dünən Rosberq karyerasında ilk poulunu qazanmışdı, ikinci cərgədə Kobayaşi və Rəykkönen qərarlaşmışdılar, sonuncu dünya çempionu Sebastyan Fettel isə heç ilk onluğa düşə bilməmişdi.

Sıralanma turunda ikinci olmuş Lyuis Həmilton isə ötürmələr qutusunun dəyişdirilməsi üzündən yarışa yeddinci yerdən başlayırdı, Jan Erik Vernin maşını üzərində mexanikləri bir çox detalları dəyişdikləri üçün fransalı sürücü pit-leyndən start almağa hazırlaşırdı.

Startda Rosberq poulun üstünlüyünü qoruyub saxlayıb, Batton üçüncü, Həmilton beşinci yerə qalxıblar, Kobayaşi yeddinci yerə düşüb, Senna və Massa kiçik təmas yaşayıblar.

Dördüncü dövrədə vəziyyət stabilləşib və ilk onluq belə olub: Rosberq – Şumaher – Batton – Rəykkönen – Həmilton – Peres – Kobayaşi – Alonso – Uebber – Massa.

7-ci dövrədə gözlənilmədən Uebber boksa yönəlib və sarı təkərləri ağ təkərlərə dəyişib – Mark trasa 20-ci yerdə qayıdıb, trafikə düşmədiyi üçün tempini artırıb. 10-cu dövrədə Kobayaşi, Fettel və Hülkenberq, 11-ci dövrədə Rəykkönen və Həmilton pit-stop keçiriblər – Lyuis Kimini qabaqlaya bilib. 12-ci dövrədə Batton, Qrojan və Maldonado mexaniklərinin qonağı olublar.

13-cü dövrədə Şumaher, Alonso, Massa və Senna təkər dəyişməyə yollanıblar – Mixael trasa qayıtdıqdan sonra cəmi bir neçə döngə keçə bilib: ön təkər yaxşı bağlanmayıb. 14-cü dövrədə yarışın lideri Rosberq, 17-ci dövrədə Peres və 19-cu dövrədə Massa ilk pit-stoplarını reallaşdırıblar.

20-ci dövrədə ilk onluq: Rosberq – Batton – Həmilton – Uebber – Rəykkönen – Alonso – Kobayaşi – Qrojan – Fettel – Peres.

22-ci dövrədə Uebber ikinci dəfə boksuna baş çəkib, 23-cü və 25-ci dövrələrdə müvafiq olaraq Həmilton və Batton McLaren boksuna baş çəkiblər, 26-cı dövrədə Kobayaşi təkərlərini dəyişib. Trasa trafikdə qayıdan Batton Maldonado və Sennanı, Həmilton Massa və di Restanı, Uebber də Massa və di Restanı keçiblər. 30-cu dövrədə Batton Fetteli, Alonso Massanı (komandanın xahişi ilə) keçiblər, bir dövrə sonra Alonso di Restanı da keçib.

32-ci dğvrədə Fettel, 33-cüdə Qrojan, 34-cüdə Maldonado, 35-cidə Rosberq və Uebber növbəti pit-stoplarını reallaşdırıblar. Niko trasa Battonun arxasında qayıdıb.

36-cı dövrədə Peres, 39-cu dövrədə Həmilton və Alonso, 40-cı dövrədə Batton sonuncu dəfə boksa baş çəkiblər – McLaren mexanikləri Censonun maşınının arxa sol təkərini bağlayarkən vaxt itiriblər. 42-ci dövrədə Massa sonuncu dəfə pit-stop keçirib.

45-ci dövrədə Rosberqin Rəykkönen üzərində üstünlüyü 22 saniyəyə çatıb. Finlandiyalı sürücünün arxasında isə böyük qatar əmələ gəlib: Fettel – Batton – Qrojan – Uebber – Həmilton – Senna – Maldonado – Peres.

Yarışın son on dövrəsində hər şey təkərin yeyilmə səviyyəsindən asılı olub. 48-ci dövrədə Fettel təkərləri tam yeyilmiş Rəykköneni keçə bilib, bir neçə döngədən sonra Həmilton Qrojan, Uebber və Rəykköneni keçib. Kiminin təkərləri trası saxlamadığı üçün mövqeni mövqe dalınca itirməyə başlayıb. Arxada Suaber sürücülərinin dueli Peresin xeyrinə başa çatıb. 51-ci dövrədə Batton Fetteli keçərək ikinciliyə yüksəlib, 55-ci dövrədə Həmilton Fetteli ötərək üçüncü olub. Bir dövrə sonra isə Uebber də komanda yoldaşını keçib.

Niko Rosberq karyerasında ilk qələbəsini qazanıb – Mercedes şassisinin onuncu qələbəsi 1955-ci il İtaliya Qran Prisindən sonra birinci olub.

Batton və Həmilton podium qazanmaqla McLaren-in Mühəndislər Kubokunda üstünlüyünü bərkidiblər, Kobayaşi ən sürətli dövrəyə imza atıb – karyerasında ilk dəfə. Qrojan mövsümdə üçüncü cəhdindən finiş çatmaqla Formula1-də ilk xallarını qazanıb.

Fantastik yarışı alınıb, davamını isə bir həfətədən sonra görəcəyik!

YerPilotKomandaMotorVaxt
01N.RosberqMercedes AMGMercedes1.36:26.929
02C.BattonMcLarenMercedes+ 0:20.626
03L.HəmiltonMcLarenMercedes+ 0:26.012
04M.UebberRed BullRenault+ 0:27.924
05S.FettelRed BullRenault+ 0:30.483
06R.QrojanLotusRenault+ 0:31.491
07B.SennaWilliamsRenault+ 0:34.597
08P.MaldonadoWilliamsRenault+ 0:35.643
09F.AlonsoFerrariFerrari+ 0:37.256
10K.KobayaşiSauberFerrari+ 0:38.720
11S.PeresSauberFerrari+ 0:41.066
12P.di RestaForce İndiaMercedes+ 0:42.273
13F.MassaFerrariFerrari+ 0:42.779
14K.RəykkönenLotusRenault+ 0:50.573
15N.HülkenberqForce İndiaMercedes+ 0:51.213
16J.E.VernToro RossoFerrari+ 0:51.756
17D.RikkardoToro RossoFerrari+ 1:03.156
18V.PetrovCaterhamRenault+ 1 dövrə
19T.QlokMarussiaCosworth+ 1 dövrə
20Ş.PikMarussiaCosworth+ 1 dövrə
21P.de la RosaHRTCosworth+ 1 dövrə
22N.KartikeyanHRTCosworth+ 2 dövrə
23H.KovalaynenCaterhamRenault+ 3 dövrə
M.ŞumaherMercedes AMGMercedes

Sürətli dövrə: Kamui Kobayaşi (Sauber) – 1:39.960 (40-cı dövrə).

Turnir cədvəli:

YerPilotKomandaMotorXal
01L.HəmiltonMcLarenMercedes45
02C.BattonMcLarenMercedes43
03F.AlonsoFerrariFerrari37
04M.UebberRed BullRenault36
05S.FettelRed BullRenault28
06N.RosberqMercedes AMGMercedes25
07S.PeresSauberFerrari22
08K.RəykkönenLotusRenault16
09B.SennaWilliamsRenault14
10K.KobayaşiSauberFerrari9
11R.QrojanLotusRenault8
12P.di RestaForce İndiaMercedes7
13J.E.VernToro RossoFerrari4
14P.MaldonadoWilliamsRenault4
15D.RikkardoToro RossoFerrari2
16N.HülkenberqForce İndiaMercedes2
17M.ŞumaherMercedes AMGMercedes1
18F.MassaFerrariFerrari0
19T.QlokMarussiaCosworth0
20Ş.PikMarussiaCosworth0
21V.PetrovCaterhamRenault0
22H.KovalaynenCaterhamRenault0
23P.de la RosaHRTCosworth0
24N.KartikeyanHRTCosworth0

Mühəndislər Kuboku:

YerKomandaMotorXal
01McLarenMercedes88
02Red BullRenault64
03FerrariFerrari37
04SauberFerrari31
05Mercedes AMGMercedes26
06LotusRenault24
07WilliamsRenault18
08Force İndiaMercedes9
09Toro RossoFerrari6
10MarussiaCosworth0
11CaterhamRenault0
12HRTCosworth0

Çin Qran Prisi: Yarış

Çin Qran Prisi: Yarış

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:13 - 17 Aprel, 2011

Quru. Günəşli. Havanın temperaturu +22° C, trasın temperaturu +29° C Bəhreyndəki siyasi iğtişaşlar üzündən bu il səfər Qran Priləri yalnız […]

Quru. Günəşli. Havanın temperaturu +22° C, trasın temperaturu +29° C

Bəhreyndəki siyasi iğtişaşlar üzündən bu il səfər Qran Priləri yalnız üç yarışdan ibarət idi, səfərin yekunu isə Şanxayda vurulurdu. Komandalar artıq yeni təkərlərə öyrəşiblər, etibarlılıq problemlərini həll ediblər və düzgün nəticələr çıxarıblar. Üç həftədən sonra biz Türkiyədə tam fərqli maşınlar görəcəyik, qüvvələr nisbəti dəyişə bilər, amma Çüin Qran Prisi olduqca vacib idi – hamı Avropaya xoş əhvalla qayıtmaq istəyirdi…

Dünən mövsümün üçüncü sıralanma turunda da Sebastyan Fettel poul qazanmışdı. Sonuncu dünya çempionu ilk iki yarışı qələbə ilə başa vurduğu üçün Şanxaya aşkar favorit kimi gəlmişdi, amma onun komanda yoldaşı Mark Uebber isə bu dəfə birinci sessiyada mübarizəni dayandırmışdı və yarışa 18-ci yerdən başlamalı idi.

Sürücülər trasa çıxarkən McLaren-in boksunda Həmiltonun maşını üzərində gərgin iş gedirdi – britaniyalı sürücü sonuncu dəqiqədə pit-leyni tərk etdi: mexaniklər motorun üst qapağını artıq start düzlüyündə bağlamalı oldular.

Startda Batton Fetteli qabaqlayıb, Həmilton isə ikinciliyə yüksəlib, liderliyi əldən verən Sebastyan Rosberqlə mübarizədə üçüncü yerini qoruya bilib. Massa komanda yoldaşı Alonsonu üstələyib, Petrov isə iki mövqe itirib. Sürücülər arasında interval minimal olduğu üçün ikinci dövrədən sonra arxa antiqanadın hərəkətli elementini aktivləşdirən sürücülər çoxsaylı ötmələr ediblər, amma bir azdan sürücülərə mühəndislərdən təkərləri qorumaq əmri verilib.

7-ci dövrədə Petrov Algersuarini keçib və Toro Rosso sürücülərindən uzaqlaşıb, 3 dövrə sonra planlı pit-stopundan çıxan ispaniyalı sürücünün maşınında arxa sağ təkər yaxşı bağlanmadığı üçün sürücü mübarizədən kənar qalıb – finiş görməyən yeganə sürücü məhz Xayme olub.

11-ci dövrədə Şumaher və Uebber, 13-cü dövrədə Rosberq və Buemi ilk pit-stoplarını reallaşdırıblar. 14-cü dövrədə Fettel Həmiltonu keçərək ikinciliyə yüksəlib. Ötməni etdikdən sonra Fettel yarışın lideri Battonun arxasında pitə yönəlib. Censon əvvəlcə Red Bull mexaniklərinin yanında dayanıb, sonra isə irəli öz yerinə keçib, ona görə də vaxt itirib – Sebastyan trasa Censonun önündə qayıdıb və ondan uzaqlaşmağa başlayıb.

15-ci dövrədə Həmilton və Massa pit-stop keçiriblər və Felipe trasa birinci çıxıb, yarışa isə Rosberq liderlik edib. 17-ci dövrədə mexaniklər Alonsoya, 18-ci dövrədə Petrova, 19-cu dövrədə isə Haydfeldə qulluq ediblər. İlk pit-stoplar dalğasından sonra Rosberq-Fettel-Batton-Massa-Həmilton-Şumaher altılığı peletondan ayrılmağa başlayıb, Alonso sürətlə bu altılığı təqib edib.

25-ci dövrədə Batton planlı ikinci pit-stopunu gerçəkləşdirib, bir dövrə sonra isə Rosberq, Həmilton və Uebber də eyni addımı atıblar. Alonso Şumaheri keçərək beşinciliyə yüksəlib, yeddiqat dünya çempionu pit-stopa yönəlib. 32-ci dövrədə Fettel komandasından bərk təkərləri alıb və yerdə qalan 24 dövrəni bu təkərlərlə başa vurmalı olub, amma onun rəqiblərini hələ bir pit-stop gözləyirdi. 33-cü dövrədə pit-stop keçirmiş Alonso və bir dövrə sonra Massa da eyni strategiyanı seçiblər.

36-cı dövrədə Həmilton komanda yoldaşı Battonu üstələyərək ikinciliyə yüksəlib. 38-ci dövrədə Censon, bir dövrə sonra isə Lyuis pit-stopda bərk təkərlər alıblar. Yarışın lideri Rosberq 40-cı dövrədə sonuncu pit-stopunu reallaşdırıb və trasa düz Lyusin öndündə qayıdıb. Niko bir neçə döngə müqavimət göstərsə də, britaniyalı sürücü onu keçə bilib. 41-ci dövrədə isə Uebber üçüncü dəfə mexaniklərinin qonağı olub.

Yarışa isə Fettel başçılıq edib, Massa ona dörd saniyə uduzub – hər iki sürücü iki pit-stopdan istifadə edib, bu cütlüyü üç pit-stop keçirmiş Həmilton, Rosberq və Batton üçlüyü sürətlə təqib edib. Hər şey yarışın son hissəsində təkərlərin yeyilmə dərəcəsindən asılı olub.

Sutillə toqquşmada günahkar hesab edilən Peres stüardlar tərəfindən pit-leyndən keçməklə cərimə alıb.

45-ci dövrədə Həmilton Massanı keçərək ikinciliyə, Uebber isə Alonsonu keçərək beşinciliyə yükəsliblər. Rosberq Massanı keçmək istəyərkən səhvə yol verib və Battonu irəli buraxıb. Həmilton Fettelə arardakı fərqi azaltmağa başlayıb, Batton isə Massanı keçərək üçüncülüyə yüksəlib. Rosberqlə mübarizədə trasdan çıxan Massa yenidən trasa qayıda bilib.

52-ci dövrədə bir neçə həmlədən sonra Lyuis Sebastyanı keçərək uzaqlaşmağa başlayıb – britaniyalı sürücünün maşınında bərk təkərlər yaxşı qalıblar. Petrov isə əvvəlcə Pol di Restanı, sonra isə Kamui Kobayaşini keçərək doqquzuncu yerə qalxıb. Uebber isə əvvəlcə Rosberqi, sonra isə Battonu keçərək podiumun aşağı pilləsini ələ keçirib – avstraliyalı sürücü 18-ci yerdən start almaqla əla yarış keçirib.

Lyuis Həmilton karyerasında 15-ci, mövsümdə isə 1-ci qələbəsini qazanıb. Fettel və Uebber isə Red Bull-a növbəti podiumları qazandırıblar.

Avropaya qayıtmazdan əvvəl McLaren Red Bull-dan geriqalmanı tam aradan qaldırıb, amma üç həftə sonra hər şey yenidən başlayacaq – komandalar Türkiyə Qran Prisinə ciddi yeniliklər hazırlayırlar…

YerPilotKomandaMotorVaxt
01L.HəmiltonMcLarenMercede1.36:58.226
02S.FettelRed BullRenault+ 0:05.198
03M.UebberRed BullRenault+ 0:07.555
04C.BattonMcLarenMercedes+ 0:10.000
05N.RosberqMercedes GPMercedes+ 0:13.448
06F.MassaFerrariFerrari+ 0:15.840
07F.AlonsoFerrariFerrari+ 0:30.622
08M.ŞumaherMercedes GPMercedes+ 0:31.260
09V.PetrovLotus Renault GPRenault+ 0:57.404
10K.KobayaşiSauberFerrari+ 1:03.203
11P.di RestaForce İndiaMercedes+ 1:08.757
12N.HaydfeldLotus Renault GPRenault+ 1:12.739
13R.BarrikelloWilliamsCosworth+ 1:30.189
14S.BuemiToro RossoFerrari+ 1:30.671
15A.SutilForce İndiaMercedes+ 1 dövrə
16H.KovalaynenTeam LotusRenault+ 1 dövrə
17S.PeresSauberFerrari+ 1 dövrə
18P.MaldonadoWilliamsCoswort+ 1 dövrə
19Y.TrulliTeam LotusRenault+ 1 dövrə
20J.D’AmbrozioMarussia VirginCosworth+ 2 dövrə
21T.QlokMarussia VirginCosworth+ 2 dövrə
22V.LiutsiHispaniaCosworth+ 2 dövrə
23N.KartikeyanHispaniaCosworth+ 2 dövrə
X.AlgersuariToro RossoFerrari

Sürətli dövrə: Mark Uebber (Red Bull) – 1:38.993 (42-ci dövrə).

Turnir cədvəli:

YerPilotKomandaMotorXal
01S.FettelRed BullRenault68
02L.HəmiltonMcLarenMercede47
03C.BattonMcLarenMercedes38
04M.UebberRed BullRenault37
05F.AlonsoFerrariFerrari26
06F.MassaFerrariFerrari24
07V.PetrovLotus Renault GPRenault17
08N.HaydfeldLotus Renault GPRenault15
09N.RosberqMercedes GPMercedes10
10K.KobayaşiSauberFerrari7
11M.ŞumaherMercedes GPMercedes6
12S.BuemiToro RossoFerrari4
13A.SutilForce İndiaMercedes2
14P.di RestaForce İndiaMercedes2
15X.AlgersuariToro RossoFerrari0
16Y.TrulliTeam LotusRenault0
17R.BarrikelloWilliamsCosworth0
18J.D’AmbrozioMarussia VirginCosworth0
19H.KovalaynenTeam LotusRenault0
20T.QlokMarussia VirginCosworth0
21S.PeresSauberFerrari0
22P.MaldonadoWilliamsCoswort0
23V.LiutsiHispaniaCosworth0
24N.KartikeyanHispaniaCosworth0

Mühəndislər Kuboku:

YerKomandaMotorXal
01Red BullRenault105
02McLarenMercedes85
03FerrariFerrari50
04Lotus Renault GPRenault32
05Mercedes GPMercedes16
06SauberFerrari7
07Toro RossoFerrari4
08Force İndiaMercedes4
09Team LotusRenault0
10WilliamsCosworth0
11Marussia VirginRenault0
12HispaniaCosworth0

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 398
Teqlər , , , ,
Paylaş

logo