F.Alonso: Gücümüz yox idi

Alpine komandasının sürücüsü Fernando Alonso Montsa yarışından sonra çox məyusdur.

F-1.az xatırladır ki, ispaniyalı sürücü yarış ərzində elə də yüksək templə gedə bilməyib və güc qurğusunda problem yaşayaraq, mübarizəni dayandırıb. Bununla da ikiqat Dünya Çempionunun 10 yarışlıq xalqazanma seriyası sona çatıb.

Fernando Alonso: “Yarış bizim üçün çətin idi. Heyif ki, düzlüklərdə geridə qalırdıq. Onluqda mübarizə aparırdıq və ümid ediridm ki, xal qazanaram. Lakin alınmadı.

Üç həftədən sonra hamımız istirahət etməyə layiqik. Hələ də McLaren-dən qabaqdayıq. Sinqapurda hədəfimiz ilk onluq olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*