Vindsor Aston Martin sürücüləri arasındakı isti münasibətə inanmır

Tanınmış ekspertin fikrincə ikilinin arasındakı isti görünən münasibət bir illuziyadır və hər an dağıla bilər.

F-1.az xatırladır ki, ikiqat dünya çempionu Strollun atasının sahibi olduğu komandada bu ildən etibarən yarışır və iki arasında indiyə qədər trasda və ondan kənarda heç bir problem yaşanmayıb.

Piter Vindsor: “Alonso istənilən yarışda yaxşıdır. Sıralanma turunda dörd və ya beş pilotdan da pis nəticə göstərə bilər, amma yarış günü çox yaxşıdır. Fernando komanda işi baxımından çox çətin idmançıdır. Aston Martin-də o, Ləns Stroll haqqında təriflər söyləyir. Əslində isə bununla heç maraqlanmır. O, Aston Martin-də xüsusi obraz yaradır, amma Ləns bir gün Fernandonu tanıyanda hər şey çökəcək.

Baxarıq, bəlkə də bu yaxşı işləyər. Bəlkə də Stroll və Alonso arasındakı əlaqə bəşəriyyət tarixindəki ən güclü bağdır. Lakin mənə elə gəlir ki, hər şey həddən artıq çoxdur. Ləns haqqında verilən şərhlər artıqdır”.

Qeyd edək ki, cari mövsümdə Alonso 5 yarışda ən pis halda dördüncü olarkən, 4 dəfə də podiuma qalxıb. Hazırda 75 xalla sürücülər çempionatında üçüncü yerdədir. Stroll isə ən yaxşı halda bir dəfə dördüncü ola bilib, bütün yarışları təcrübəli komanda yoldaşının arxasında başa vurub və ondan haradasa 3 dəfə az – 27 xalla səkkizinci pillədədir.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*