L.Stroll: “Narahat deyiləm”

Williams komandasının debütant sürücüsü Ləns Stroll bildirib ki, tənqidlərə qulaq asmır.

F-1.az xatırladır ki, 18 yaşlı sürücü qış testlərində iki dəfə qəza edərək günü vaxtından əvvəl bağlamalı olmuşdu. Buna görə də bəzi mütəxəssislər kanadalı sürücünün yarışmağa hazır olmadığını demişdilər.

Ləns Stroll: “Testlərdə yarış və sıralanma tempi üçün bəzi işlər apardıq. Birinci həftədə işlər tərs getsə də, ikinci həftədə hər şeyi öz xeyrimizə dəyişə bildik. Hazırda sakit olmalıyıq və hədəflərimiz üçün işləməliyik. Pəddi komandaya gəldikdən sonra gücləndik və bunu nəticəyə çevirmək istəyirik. Öndəki 3 komanda çox sürətlidir və onlarla mübarizə aparmaq çətin olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*