B.Rotenberq: “Komandanın zəif performansı bizi təəccübləndirdi

Williams komandasının sürücüsü Sergey Sirotkinin sponsoru Boris Rotenberq bildirib ki, Britaniya komandası çox zəif olduğu üçün onlarla yollarını ayırıblar.

F-1.az xatırladır ki, rusiyalı sürücü bu il Williams komandası ilə Formula1-də edib və cəmi 1 xal qazanıb. Lakin Sirotkin gələn il Britaniya komandasında olmayacaq və onu Robert Kubitsa əvəz edəcək.

SMP Racing-in rəhbəri Rotenberq bu barədə danışıb: “Williams ilə tərəfdaşlığı pozmaq qərarına gəldik. Mövsümün əvvəlində performansları çox zəif idi və zəif inkişaf edirdilər. Buna baxmayaraq, Sergey yaxşı performans göstərdi və tam gücünü ortaya qoydu. Ondan razıyıq və inkişaf etdiyini düşünürük. İndi yarış digər alternativləri dəyərləndirəcəyik.

O, SMP Racing-in tərkibində yarışlara çıxacaq. Qısa müddət ərzində qərarımızı verəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*