22 Noyabr 2019, Cümə - 05:55

F.Alonso: “McLaren-in şassisi güclüdür”

F.Alonso: “McLaren-in şassisi güclüdür”

Müəllif: Rauf Hacıyev, redaktor

06:12 - 09 May, 2016

McLaren Honda komandasının sürücüsü Fernando Alonso Rusiya yarışından xal aldıqdan sonra bildirib ki, komandanın şassisi yüksək səviyyədədir.

F-1.az xatırladır ki, Fernando Alonso 2015-ci ildə olduğu kimi, yenə də mövsümə çətinliklərlə başlamışdı. İspaniyalı sürücü mövsümün ilk yarışında ağır qəza etmişdi və bu qəzadan üzündən Bəhreyndə çıxış etməmişdi. Bu yarışda Alonsonu komandanın test sürücüsü Stoffel Vandorn əvəz etmişdi, amma ispaniyalı sürücü Çində yenidən sükan arxasına qayıtdı.

Qeyd edək ki, Stoffel Vandorn Bəhreyn yarışında McLaren-in mövsümdə ilk xalını qazanmışdı.

Rusiya QP-də Alonso 6-cı, komanda yoldaşı Censon Batton isə 10-cu yeri tutaraq, komandaya ikiqat xal sevinci yaşatdılar.

İspaniyalı sürücü verdiyi açıqlamada bildirib ki, onlar doğru yoldadırlar və şassi artıq daha yaxşı işləyir: “Ön qrupda mübarizə aparan komandalarla eyni səviyyədəyik. Red Bull bir az üstündür, amma artıq McLaren də bu qrupa daxildir.

Hamı çox işləyir. Vəziyyətin nə yerdə olduğunu bilirik. Keçən il çox işlədik və çətin bir mövsüm keçirtdik. Çətinliklərdən çox şey öyrəndik və hazırda onları bolid üzərində tətbiq edirik.

Nəhayət ki, inkişaf etdiyimizi konkret olaraq görürük və yarışlardan həzz alırıq. Qətiliklə, deyə bilərəm ki, doğru yoldayıq və gözəl günlər artıq uzaqda deyil”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 465
Teqlər , , , ,
Paylaş

logo