Malayziya-2017: İkinci sərbəst yürüşlər

Nahardan sonra asfalt tam quruyub. Sürücülər sessiyaya sliklərlə başlayıblar və səhər itirdikləri vaxtı kompensə etməyə çalışıblar.

F-1.az xəbər verir ki, Williams komandası Massanın maşınındakı hidravlik problemi həll edib. Ferrari-nin mexanikləri isə fasilə zamanı Rəykkönenin maşınında altlığın yeni versiyasını quraşdırıblar.

Sessiyanın 10-cu dəqiqəsində yoxlama dövrəsindən sonra boksa qayıdan Pyer Qaslinin maşını tüstülənib – Toro Rosso-nun mexaniklərinin operativ müdaxiləsindən sonra sürücü trasa qayıda bilib.

Valtteri Bottas və Serxio Peres 11-ci döngədə, Həmilton isə 8-ci döngədə səhvə yol verərək trasdan çıxıblar. Stroll əyləc problemlərinə görə pit-leynin girişində məhdudiyyət dirəyinə çırpılıb, Eriksson isə 9-cu döngədə otluğa səyahət edib – bütün hallarda maşınlar ciddi xəsarət almayıblar.

Sessiyanın sonuna 20 dəqiqə qalmış marşallar qırmızı bayraqlarla sessiyanı dayandırmalı olublar – Roman Qrojan 14-cü döngədə arxa sağ təkərinin partlaması üzündən baryerlərə çırpılıb. Sürücü maşını müstəqil tərk etsə də, tibb maşını ilə yerli tibb mərkəzinə çatdırılıb. Təkərin partlamasına isə qırılmış drenaj sisteminin qapağı səbəb olub – Çarli Uaytinq hadisə yerini təftiş etdikdən sonra təmir xidmətini çağırıb. Sessiyaya restart verilməyib.

Protokollara isə Sebastyan Fettel başçılıq edib, almaniyalı sürücü trasın mütləq rekorduna imza atıb – 1:31.261.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 5 Sebastyan Fettel Ferrari 1:31.261 23
2 7 Kimi Rəykkönen Ferrari 1:31.865 + 0:00.604 19
3 3 Daniel Rikkardo Red Bull 1:32.099 + 0:00.838 19
4 33 Maks Ferstappen Red Bull 1:32.109 + 0:00.848 11
5 14 Fernando Alonso McLaren 1:32.564 + 0:01.303 14
6 44 Lyuis Həmilton Mercedes AMG 1:32.677 + 0:01.416 15
7 77 Valtteri Bottas Mercedes AMG 1:32.720 + 0:01.459 21
8 11 Serxio Peres Force İndia 1:32.862 + 0:01.601 20
9 27 Niko Hülkenberq Renault 1:33.060 + 0:01.799 24
10 31 Esteban Okon Force İndia 1:33.096 + 0:01.835 24
11 30 Colion Palmer Renault 1:33.381 + 0:02.120 26
12 19 Felipe Massa Williams 1:33.394 + 0:02.133 20
13 2 Stoffel Vandorn McLaren 1:33.673 + 0:02.412 15
14 18 Ləns Stroll Williams 1:33.818 + 0:02.557 16
15 10 Pyer Qasli Toro Rosso 1:34.043 + 0:02.782 22
16 55 Karlos Sayns Toro Rosso 1:34.104 + 0:02.843 19
17 8 Roman Qojan Haas 1:34.118 + 0:02.857 18
18 20 Kevin Maqnussen Haas 1:34.343 + 0:03.082 17
19 94 Paskal Verlyayn Sauber 1:35.246 + 0:03.985 29
20 9 Markus Eriksson Sauber 1:35.697 + 0:04.436 27
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*