M.Ferstappen: Ferrari güclüdür

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Ferrari-ni məğlub etmək çətin olacaq.

F-1.az xatırladır ki, Macarıstandakı cümə sərbəst yürüşlərindən sonra Ferrari sürətli görünüb. İtaliya komandasının vahid dövrə performansı çox yaxşı olub və cümə gününü lider bağlayıblar.

Maks Ferstappen: “Cümə günü gözlənildiyi kimi çətin keçdi. Hazırda balans tapmağa çalışırıq. Bəzən yaxşı, bəzən də pis olur. Görüləcək işlər var.

Ferrari bizdən öndədir. Onları məğlub etmək çətin olacaq. Yenə də bu gecə çox işləyib fərqi bağlamağa çalışacağıq. Görək sabah necə olacaq. Quru havada onlarla mübarizə apara bilməyəcəyik. Yağış yağsa, şansımız ola bilər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*