L.Norris cərimələnib

McLaren komandasının sürücüsü Lando Norris Ştiriya Qran Prisinin startında 3 yer itirəcək.

F-1.az xatırladır ki, 21 yaşlı sürücü keçən həftə Avstriyada 3-cü olaraq F1 karyerasının ilk podiumunu qazanmışdı. Ancaq Red Bull Rinqdəki ikinci həftəsonu gənc sürücü üçün pis başlayıb.

Britaniyalı pilot birinci sərbəst yürüşlərdə sarı bayraqlar zamanı Pyer Qaslini ötüb və insidenti araşdıran stüardlar Lando Norrisi yarışın startında 3 yer itirməklə cəzalandırıblar.

Xatırladaq ki, keçən həftə Lyuis Həmilton da sarı bayraqlar zamanı sürətini azaltmadığı üçün startda üç yer itirmişdi.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*