23 Oktyabr 2019, Çərşənbə - 15:01

Ferrari-nin təkamülü (1950-2016-cı illər): 21-ci yazı – Ferrari 312 B2

Ferrari-nin təkamülü (1950-2016-cı illər): 21-ci yazı – Ferrari 312 B2

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:07 - 04 Fevral, 2017

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 47 gün qalır – 47 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 21-ci yazımızda komandaya bir il əvvəlki uğurları xatırladan 312 B2 modeli barədə danışacağıq…

Bir il əvvəlki uğurlarından ruhlanan Ferrari mühəndisləri 1971-ci il mövsümü üçün praktiki olaraq yeni maşın hazırlayırlar. 312 B2 modeli porşenin gedişi azaldılmış yeni motor, aşağı salınmış burun, pazvari korpus və yeni arxa antiqanadla sələfindən fərqlənirdi. Əsas yenilik isə üfüqi yerləşdirilimiş inqilabi arxa asılqan idi.

Çempionatda da vəziyyət ilk baxışdan Skuderiyanın xeyrinə idi. Keçənilki lider Lotus komandası qazturbinli Pratt & Whitney motorları və tamdartqı başını qatdığı üçün mübarizədən kənar qalmışdı. Digər favoritlər – March, Brabham, McLaren də yaxşı görünmürdülər. Bundan başqa İks və Reqatsonini daim təzyiqdə saxlamaq üçün Ferrari Mario Andretti ilə də müqavilə bağlamışdı.

Yeni maşın yanvarda nümyiş etdirilsə də, komanda ilk iki yarışı keçənilki maşınla keçirmişdi və Andretti mövsümə qələbə ilə başlamışdı. Mövsümün 3-cü yarışından start alan yeni maşının əsas problemi dərhal üzə çıxdı – etibarlılıq. Bundan başqa Firestone təkərləri də komandaya çətinliklər yaşadırdı. Mövsümün sonuna qədər problemləri həll etmək mümkün olmadı, ona görə də Tyrrell-in sürücüsü Ceki Stüart növbəti titulunu qazandı.

 

FERRARİ 312 B2

Ferrari, Scuderia Ferrari, Ferrari 312 B2, 1971

 

Əgər Ferrari komandası 1971-ci ili keçənilki 312 B modei ilə keçirsəydi, asanlıqla titulu qazana bilərdi. Amma Mauro Forqyeri başda olmaqla Skuderiyanın mühəndisləri irəli gedərək gözəl görkəmə və inqilabi üfüqi arxa asılqanlara sahib olan 312 B2 modelini hazırlayırlar.

Texniki cəhətdən 312 B2 uğurlu sələfinin bütün əsas konstruktiv sxemlərinə varis çıxmışdı, amma mühəndislərin fikrincə innovativ üfüqi arxa asılqan maşını istənilən şəraitdə asan idarəolunan etməli idi. Əslində isə hər şey tam əksinə alındı.

Jaki İksin Zandfortda çətin hava şəraitində qazandığı qələbə komanda üçün yeganə təsəlli oldu. Etibarlılıq problemlərinə Firestone təkərlərinin problemləri də əlavə olundu. Bundan sonra keçirilən 7 yarışda Jaki cəmi bircə dəfə finiş görə bildi, onda da 8-ci oldu. Reqatsonni həmin 7 yarışda 2 dəfə (bir dəfə 3-cü yer), Andretti isə cəmi 1 dəfə (4-cü yer) finiş gördülər.

 

FERRARİ 312 B2-NİN ÇEMPİONATDA STATİSTİKASI

Ferrari, Scuderia Ferrari, Ferrari 312 B2, 1971

 

MövsümQran PriStartPoulQələbəPodiumƏn yaxşı nəticə
1971-ci il9182141

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Ferrari-nin təkamülü
Mənbə
Baxış Sayı 5. 471
Teqlər ,
Paylaş

logo