Ferrari Fettelin maaşını azaldıb?

İtaliya mətbuatının verdiyi xəbərə əsasən Ferrari sürücüsü Sebastyan Fettelə birillik müqavilə təklif edib.

F-1.az xatırladır ki, almaniyalı sürücünün müqaviləsi ilin sonunda başa çatır. Dördqat Dünya Çempionu son mövsümü pis keçirib və gənc komanda yoldaşı Şarl Leklerin gerisində qalıb.

İtaliya mətbuatı qeyd edib ki, Ferrari sürücüsü Fettelə daha az maaş təklif edib: “Ferrari-də vəziyyət fərqlidir. Maranello sürücüyə daha aşağı maaşlı birillik müqavilə təklif edib”.

Bəzi iddialara əsasən Fettel hazırda Renault və McLaren-lə danışıqlar aparır.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*