S.Peres: Asan olmadı

Meksikalı sürücü həftəsonunun əsas favoriti olan komanda yoldaşının həlledici mübarizədə yoxluğundan maksimum istifadə edərək poul qazanıb.

F-1.az xatırladır ki, bu Serxionun karyerasında ikinci pouludur və maraqlıdır ki, ilki də keçən il məhz bu trasda əldə edilib.

Serxio Peres: “Təsnifatda qalib gəlmək asan olmadı, çünki ikinci cəhdim yox idi. Amma ilk sessiyadan hər şey yaxşı keçdi və sürətli dövrəyə çıxanda, həqiqətən də, maşının bu trasda necə canlandığını hiss edirsən.

Final mərhələsində ilk dövrəni mümkün qədər yaxşı keçmək vacib idi, çünki trasın vəziyyəti yaxşılaşdı və ikinci cəhddə çətinlik çəkdik. Çox heyif ki, Maksın maşını xarab oldu. Çünki o, həftəsonunun lap əvvəlindən əla temp nümayiş etdirirdi. Ancaq bildiyiniz kimi, texnologiyada hər an uğursuzluq ola bilər. Ümid edirəm ki, sabah hər iki maşınımız irəlidə olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*