Buna görə də komandalar yalnız əsas həllər və konkret tras üçün nəzərdə tutulmuş yeniliklərlə işləyiblər. Onların bir çoxu, o cümlədən Ferrari-nin yeni altlığı əvvəlki mərhələlərin məşq sessiyalarında sınaqdan keçirilib. Monako Qran Prisindən sonra ilk dəfə trasda yalnız əsas pilotlar çıxış ediblər.
F-1.az xəbər verir ki, pilotlar bokslarda çox gözləməyiblər. Hamı sessiyaya Hard təkərlərlə bir neçə dövrə vuraraq başlayıb ki, trasın xüsusiyyətlərinə uyğun sazlamaları müəyyənləşdirsin. Dövrələr seriyasını tamamladıqdan sonra pilotlar ön qanadı dəyişmək və sazlanmalar aparmaq üçün boksa qayıdıblar, daha sonra yenidən trasa çıxıblar. Hard təkərlərlə ən yaxşı nəticəni Lyuis Həmilton göstərib – 1:30.521.
Norris və Antonelli tras limitlərini aşıblar, Piastri isə yerində fırlandıqdan sonra 12-13-cü döngələr kombinasiyasında trasdan çıxıb. Hər üç insidentdə maşınlara ziyan dəyməyib.
Sessiyanın son 15 dəqiqəsində pilotlar Medium və Soft təkərlərə keçiblər. Sürətlər artıb və yenə də ən yaxşı nəticəni Həmilton göstərib – 1:29.260. Ötən il də ilk məşq sessiyasında ən sürətli nəticə məhz Lyuisə məxsus olmuşdu (1:26.892) və builkindən çox fərqlənirdi.
| S | Sürücü | Komanda | Nəticə | Fərq | Dövrə |
| 1 | Lyuis Həmilton | Ferrari | 1:29.260 | – | 30 |
| 2 | Kimi Antonelli | Mercedes | 1:29.473 | +0.213 | 27 |
| 3 | Şarl Lekler | Ferrari | 1:29.859 | +0.599 | 30 |
| 4 | Corc Rassell | Mercedes | 1:29.938 | +0.678 | 29 |
| 5 | Oskar Piastri | McLaren | 1:30.147 | +0.887 | 23 |
| 6 | Maks Ferstappen | Red Bull | 1:30.240 | +0.980 | 25 |
| 7 | Lando Norris | McLaren | 1:30.288 | +1.028 | 26 |
| 8 | Ayzek Həcər | Red Bull | 1:30.338 | +1.078 | 26 |
| 9 | Niko Hülkenberq | Audi | 1:30.743 | +1.483 | 27 |
| 10 | Lyam Louson | Racing Bulls | 1:30.850 | +1.590 | 26 |
| 11 | Franko Kolapinto | Alpine | 1:30.966 | +1.706 | 26 |
| 12 | Qabriel Bortoleto | Audi | 1:31.035 | +1.775 | 27 |
| 13 | Arvid Lindblad | Racing Bulls | 1:31.339 | +2.079 | 30 |
| 14 | Oliver Berman | Haas | 1:31.373 | +2.113 | 25 |
| 15 | Karlos Sayns | Williams | 1:31.684 | +2.424 | 31 |
| 16 | Esteban Okon | Haas | 1:31.684 | +2.424 | 26 |
| 17 | Aleks Elbon | Williams | 1:31.697 | +2.437 | 29 |
| 18 | Valtteri Bottas | Cadillac | 1:32.150 | +2.890 | 21 |
| 19 | Serxio Peres | Cadillac | 1:32.241 | +2.981 | 22 |
| 20 | Fernando Alonso | Aston Martin | 1:32.957 | +3.697 | 24 |
| 21 | Pyer Qasli | Alpine | 1:33.019 | +3.759 | 23 |
| 22 | Ləns Stroll | Aston Martin | 1:33.130 | +3.870 | 24 |





