Sinqapur-2019: İkinci sərbəst yürüşlər

Sinqapurda ikinci məşq sessiyası sıralanma turu və yarışla təxmini eyni saatlarda başladığı üçün daha əhəmiyyətli hesab olunur. Komandalar təkərlərin aşınmasını və necə işləməsini məhz bu sessiyada daha diqqətlə yoxlayırlar və sazlanmalar üzərində cümə günü axşam daha çox işləyirlər.

F-1.az bildirir ki, Mercedes Bottasın maşınını sessiyaya çatdıra bilib. Lekler isə yeni ötürmələr qutusuna keçib, lakin monakolu sürücü buna görə yer itirməyəcək.

Sessiya hadisəsiz ötüşməyib – Kvyat, Stroll və Qrojan baryerlərlə “görüşüblər”, Elbon isə təhlükəsizlik cibinə girməli olub. Elbon ikinci səhvində baryerlə toqquşub və maşının ön hissəsi zədələnib. Lakin gənc sürücü qısa müddətdən sonra yenidən trasa qayıda bilib.

Sürücülərin əksəriyyəti sıxlıqdan şikayət ediblər. Maqnussen 21-ci döngədə Peresi keçməyə çalışıb, lakin “Çeko” onu görməyib. Yaşanan insidentə görə hər iki sürücü stüardlar tərəfindən çağrılıb.

Lyuis Həmilton ən yumşaq təkərlərlə ən yaxşı nəticəni göstərib – 1:38.773. Ferstappen ona cüzi uduzub. Məşqlər sabah davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1:38.773 29
2 33 Maks Ferstappen Red Bull 1:38.957 + 0:00.184 29
3 5 Sebastyan Fettel Ferrari 1:39.591 + 0:00.818 31
4 77 Valtteri Bottas Mercedes AMG 1:39.894 + 0:01.121 30
5 23 Aleksander Elbon Red Bull 1:39.943 + 0:01.170 30
6 16 Şarl Lekler Ferrari 1:40.018 + 0:01.245 31
7 55 Karlos Sayns McLaren 1:40.145 + 0:01.372 33
8 27 Niko Hülkenberq Renault 1:40.324 + 0:01.551 30
9 4 Lando Norris McLaren 1:40.361 + 0:01.588 35
10 10 Pyer Qasli Toro Rosso 1:40.637 + 0:01.864 32
11 26 Daniil Kvyat Toro Rosso 1:40.713 + 0:01.940 32
12 3 Daniel Rikkardo Renault 1:40.811 + 0:02.038 30
13 11 Serxio Peres Racing Point 1:40.875 + 0:02.102 29
14 99 Antonio Covinatsi Alfa Romeo 1:41.128 + 0:02.355 35
15 18 Ləns Stroll Racing Point 1:41.128 + 0:02.355 31
16 7 Kimi Rəykkönen Alfa Romeo 1:41.232 + 0:02.459 28
17 8 Roman Qrojan Haas 1:41.392 + 0:02.619 26
18 63 Corc Rassell Williams 1:41.445 + 0:02.672 35
19 20 Kevin Maqnussen Haas 1:41.564 + 0:02.791 30
20 88 Robert Kubitsa Williams 1:42.177 + 0:03.404 35
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*