20 Noyabr 2019, Çərşənbə - 21:24

Ş.Lekler iki fərqli cəza alıb

Ş.Lekler iki fərqli cəza alıb

Müəllif: Rauf Hacıyev, redaktor

14:28 - 13 Oktyabr, 2019

Ferrari komandasının sürücüsü Şarl Lekler Yaponiya yarışındakı insidentlərinə görə iki fərqli cəza alıb.

F-1.az xatırladır ki, monakolu sürücü startda Ferstappenlə təmas yaşayıb və hollandiyalı sürücü mübarizəni dayandırmalı olub. Lekler daha sonra isə qırıq qanadlı bolidlə yoluna davam edib. Qanaddan qopan qırıntılar Həmiltonun güzgüsünü sındırıb və Norrisin maşınını zədələyib. Yarış direktoru Maykl Masi Ferrari ilə əlaqə saxlayıb və Lekleri pitə almaları üçün təlimat verib. Lakin italyanlar bu təlimata uymayaraq gənc sürücünü bir neçə dövrə trasda saxlayıblar.

Beləliklə, yarışı 6-cı yerdə bitirən Leklerin nəticəsinə 15 saniyə əlavə edilib. Bu cəzanın 5 saniyəsi Ferstappenlə insidentə görə, 10 saniyəsi isə zədəli maşınla yarışdığı üçün verilib. Monakolu sürücü bu cəzalardan sonra Rikkardonun gerisinə düşərək 7-ci olub.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 106
Teqlər , , ,
Paylaş

logo