14 Dekabr 2019, Şənbə - 15:17

F.Alonso Formula1-i sərt tənqid edib

F.Alonso Formula1-i sərt tənqid edib

Müəllif: Rauf Hacıyev, redaktor

10:02 - 27 Mart, 2019

Ferrari komandasının sabiq prezidenti Luka di Montedzemolo bildirib ki, Fernando Alonso heç vaxt komandaya Mixael Şumaxer və Niki Lauda qədər yaxın olmayıb.

F-1.az xatırladır ki, ispaniyalı sürücü 2010-2014-cü illərdə Ferrari komandasında yarışmış və iki dəfə – 2010-cu və 2012-ci illərdədə çempionluğu son yarışda əldən vermişdi. Əfsanəvi sürücü 2013-cü ildə də ikinci olmuşdu.

Hər şey isə çempionatın rəsmi saytında Ferrari-nin keçmiş prezidenti Luka di Montedzemolunun müsahibəsindən başlayıb…

Luka di Montedzemolo: “O, Alonso idi. Alonso Ferrari deyildi. Qalib gələndə xoşbəxt olurdu. Uduzanda isə komanda pis olurdu. Bir sözlə komandaya Şumaxer və Lauda qədər yaxın olmadı. Yaxşı günlərdə komandaya yaxın olmaq asandır. Performans cəhətdən Alonso çox güclü idi. Məncə, Alonso yarış performansına görə Həmilton və Fettelə bərabərdir. Mükəmməl sürücüdür. 2010-cu və 2012-ci illərdəki çempionluqları öz səhvindən itirmədi. Əgər bir çempionluq qazansaydı, onun barədə başqa şeylər danışardıq. Alonsodan danışırıq. Ən güclü maşını sürməyəndə belə çempion ola bilmişdi. Çox güclüdür”.

Formula1-in rəsmi Twitter hesabı Montedzomolonun bu sözlərini sitat şəklində paylaşıb və istifadəçiləri geniş müsahibəyə yönəldib. Lakin Fernando Alonso şərhlər bölümündə buna çox sərt reaksiya göstərib: “Bu hesabı izləmədən çıxarmaq üçün bir bəhanə axtarırdım. Bu gün bunu mənə yenidən xatırlatdınız. Prezidentimiz əsla elə söz deməyib. Xüsusən də komandamız üçün xalların 80 faizini topladığım halda… Var qüvvəmizlə yarışırdıq və son yarışa qədər mübarizə aparırdıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 340
Teqlər , ,
Paylaş

logo