M.Binotto: Red Bull-a 0.2 saniyə uduzuruq

Ferrari komandasının rəhbəri Mattia Binotto bildirib ki, Red Bull-dan sadəcə 0.2 saniyə geridədirlər.

F-1.az xatırladır ki, “qırmızılar” ilk 3 yarışın ikisində qalib gəlsələr də, İmola və Mayami yarışlarında aşkar formada Red Bull-dan geri qalıblar. Lakin Ferrari hələ də böyük yeniliklər gətirməyib, ancaq Red Bull ilk beş yarışın hamısına demək olar yenilik gətirib.

Mattia Binotto: “Red Bull-un nə qədər inkişaf etdiyi bizi narahat etmir. Fərq çox böyük deyil. Unutmayın ki, Mayamidə sıralanma turunda ilk iki yeri tutmuşduq. Sıralanmada Red Bull-dan güclü idik. Buna görə də aradakı fərq çox deyil.

Bizim yeganə narahatlığımız onların büdcə limitində nə qədər inkişaf etməsidir. Bir nöqtədə əl saxlamalıdırlar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*