Ş.Lekler: Yeni motor fərq yaratmayacaq

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, yeni mühərrik elə də fərq yaratmayacaq.

F-1.az xatırladır ki, monakolu sürücü Soçidə yenilənmiş motora keçəcək və buna görə də yarışa 20-ci yerdən start verməli olacaq. Güc qurğusunun hibrit hissəsində bir az güclənmə var.

Şarl Lekler: “Kağız üstündə bu motor daha yaxşı görünür, lakin əvvəlcə trasda sınamalıyıq. Yaxşı olmasını gözləyirik, amma elə də fərq yaratmayacaq. Doğru yöndə atılmış bir addım olmalıdır.

Hava proqnozlarına görə həftəsonu yağış yağacaq. Əgər belə olsa, çətin yarış keçəcək və ümid edirəm ki, hər şey bizim xeyrimizə olar. Əgər yarış quru havada keçsə və tempimiz güclü olsa, ötmələr edə bilərik.Görək necə olur. Yağış bəlkə də, bizim xeyrimizə olar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*