M.Binotto: “Həmilton barədə danışmaqçün çox tezdir”

Ferrari komandasının rəhbəri Mattia Binotto bildirib ki, Lyuis Həmilton barədə danışmaqçün çox tezdir.

F-1.az xatırladır ki, son günlərdə Həmiltonun gələcəkdə Ferrari-yə keçəcəyi ilə bağlı söz-söhbətlər artıb. Hətta, altıqat Dünya Çempionunun Con Elkanla iki dəfə görüşdüyü ortaya çıxıb.

Mattia Binotto: “Bu barədə danışmaqçün tezdir. 2019-cu il hələ təzə bitib və növbəti mövsümə hazırlaşmalıyıq. İndi bizimçün vacib olan budur”.

, ,