H.Marko: Ən yaxşı mühərrik Ferrari-dədir

Red Bull idman məsləhətçisi Helmut Marko hesab edir ki, Ferrari hazırda ən güclü mühərrikə sahibdir.

F-1.az bildirir ki, Ferrari ilk yarışda geridə qalsa da, Şarl Lekler motor probleminə görə yarışı yarımçıq qoysa da, Helmut bu fikrində qalır.

Helmut Marko: “Bizim güc qurğuları haqqında dəqiq məlumatımız yoxdur, lakin müxtəlif müqayisələrə və məlumatlara əsaslanaraq, Ferrari-nin ən güclü mühərrikə sahib olduğunu güman edirik.

Biz ehtimal edirdik ki, komandalar, ilk növbədə, Ferrari və Mercedes öz zəif nöqtələri üzərində işləyəcəklər. Gəlin bir Ferrari-ni götürək. Maksimal sürət çox yaxşılaşdı, lakin çox vacib olan təkərlərin aşınması heç də düzəlməyib. Hətta deyərdim ki, bizimlə müqayisədə, demək olar ki, pisləşdilər.
Mercedes üçün başlanğıc keçən il olduğu kimi, bizlə müqayisədə qeyri-bərabər idi. Yeganə fərq odur ki, tələsik problemin həllini tapa biləcəklərini düşünmürəm”.
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*