R.Şvartsman Əbu Dabidə çıxış edəcək

Gənc sürücü birinci sərbəst yürüşlərdə Karlos Saynsın maşınının sükanı arxasına keçəcək.

F-1.az xatırladır ki, bu, Robertin F1 maşını ilə ikinci rəsmi təcrübəsi olacaq. O, daha əvvəl cari mövsümdə ABŞ Qran Prisinin ilk məşqlərində Şarl Lekleri əvəzləmişdi.

Robert Şvartsman: “Qısa da olsa, çox maraqlı təcrübə idi, sürətli rejimdə cəmi altı dövrə sürdüm. İstənilən halda, hər dövrə mənim üçün vacibdir, çünki mənə əsl maşını idarə etmək imkanı verildi və sonra bunun sayəsində simulyator üzərində işləyən mütəxəssislərə daha yaxşı rəy verə bildim. Əbu-Dabidəki ilk məşqlərdə işləməliyəm və orada artıq daha inamlı olacağam. Çünki o trası tanıyıram. Buna görə də Yas Marinada hər şey daha da yaxşı alınmalıdır”.

, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*